Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 02:26

Iosif Kobzon vəfat edib


Iosif Kobzon

Rusiyanın tanınmış estrada müğənnisi, deputat Iosif Kobzon 80 yaşında dünyasını dəyişib. O, Moskvanın Ukraynaya müdaxiləsi səbəbindən Qərbin sanksiya siyahısına da düşmüşdü.

TASS və Interfax xəbər agentliklərinin avqustun 30-da yazmasına görə, Kobzonun həyat yoldaşının köməkçisi müğənninin ölüm xəbərini təsdiqləyib.

Kobzon xərçəng xəstəliyindən əziyyət çəkirdi, ötən ay vəziyyətinin ağırlaşdığı xəbəri yayılmışdı.

O, Rusiya parlamentində hakim Vahid Rusiya partiyasından deputat idi.

Kobzon sovet dövründə vətənpərvərlik balladaları ilə böyük şöhrət qazanmışdı, onu amerikalı müğənni Frank Sinatra ilə müqayisə edirdilər.

1997-ci ildən Dövlət Dumasının üzvü idi.

Prezident Vladimir Putinin tərəfdarı olan Kobzon Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaqını dəstəkləyirdi. O, sonradan Avropa İttifaqının sanksiya siyahısına salındı, “Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə zərbə vurmaqda, yaxud təhdid etməkdə” suçlandı.

Rusiya mediasını onu kriminal dünya ilə də əlaqələndirirdi, amma özü bu iddianı rədd edirdi. 1995-ci ildə ABŞ ona şübhəli kriminal əlaqələrə görə viza vermədi.

XS
SM
MD
LG