Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Vahid Ələkbərov nüfuzlu rusiyalılar içində 10-cudur


Vladimir Putin (solda) və Vahid Ələkbərov, arxiv fotosu
Vladimir Putin (solda) və Vahid Ələkbərov, arxiv fotosu

“Forbes” jurnalının rus versiyası ən nüfuzlu rusiyalıların siyahısını hazırlayıb. Bu siyahıya məmurlar, biznesmenlər, dövlət şirkətlərinin, güc strukturlarının rəhbərləri daxildir.

Birinci yeri prezident Vladimir Putin tutur. Forbes bunun “avtomatik” baş verdiyini bildirir, çünki Putin Forbes-un amerikan versiyasında dünyanın ən nüfuzlu adamları siyahısında ikincidir.

Siyahıda ikinci yerdə Sberbankın rəhbəri German Gref, üçüncü yerdə isə Gazprom rəhbəri Aleksei Millerdir. Dördüncü yerdə Rosneft rəhbəri Igor Sechin, beşinci pillədə baş nazir Dmitry Medvedev durur.

Lukoil şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov siyahıda 10-cudur.

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadyrov 91-ci yeri tutub. Sonuncu, 100-cü pillədə LDPR rəhbəri Vladimir Jirinovsky-dir.

Ümumrusiya Dövlət Televiziya və Radio Şirkətinin baş direktoru Oleg Dobrodeyev 71-ci, “Birinci Kanal”ın rəhbəri Konstantin Ernest 73-cü yerdədir.

Ali Məhkəmənin sədri Vyacheslav Lebedev 74-cü pillədə qərarlaşıb.

Forbes-un siyahısına mədəniyyət, elm xadimlərindən, müxalifət fəallarından düşən olmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG