Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:07

Lerik RİH: 'Zəlzələdə 124 evə ziyan dəyib'


Zəlzələ

Avqustun 28-də Lerik rayonu ərazisində baş verən zəlzələyə görə ziyan görən evlərin sayında yeni dəqiqləşdirmələr aparılıb.

«Bu gün, avqustun 30-na yerlərdən aldığımız məlumata görə, Lerikdə baş vermiş zəlzələnin nəticəsi olaraq 124 evə zərər dəyib», - Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib. Müavinin sözlərinə görə, onlardan 37 evə daha çox ziyan dəyib.

H.Məlikov bildirib ki, zərər görmüş evlər 75 kəndi və 29 ərazi nümayəndəliyini əhatə edir.

Avqustun 28-i saat 17 radələrində Lerik rayonu ərazisində 5.1 gücündə zəlzələ baş verib. Zəlzələ ətraf rayonlarda 3-4 bal gücündə hiss edilib.

Multimedia

XS
SM
MD
LG