Keçid linkləri

Təcili xəbərlər
2023, 03 Dekabr, bazar, Bakı vaxtı 15:38

İran hökumət orqanlarındakı ‘onlarla casusu’ həbs edir


Mahmud Alavi
Mahmud Alavi

İranın hökumət orqanlarında çalışan “onlarla casus” həbs olunub. Ölkənin kəşfiyyat naziri bunun casusluq və ikili vətəndaşlıqla mübarizə çərçivəsində gerçəkləşdirildiyini bildirir.

“Düşmənlərimiz maliyyə və digər yollarla ölkəmiz barədə informasiya almağa çalışırlar”, – Mahmud Alavi avqustun 28-də axşam dövlət televiziyasına müsahibəsində deyib.

Alavi həbslərin nə vaxt gerçəkləşdirildiyini, yaxud həmin şəxslərin hansı ölkələr üçün işlədiyini deməyib, amma həbs edilənlərin çoxunun ikili vətəndaşlığı olduğunu açıqlayıb.

İran ikili vətəndaşlıq tanımır, bu ittihamlar həbs olunanlar barədə də mütəmadi informasiya vermir.

“KİMİSƏ TANIYIRSINIZSA, BİZƏ XƏBƏR VERİN”

“Reuters” xəbər agentliyinin ötən il yaydığı xəbərə görə, İranın elit İslam İnqilab Keşikçiləri Korpusu son illər azı 30 nəfər ikili vətəndaşlığı olanı həbs edib, çoxu da casusluqda ittiham olunub.

Tehran yaxınlığında penitensiar kompleksə aparan yol
Tehran yaxınlığında penitensiar kompleksə aparan yol

İndiki dönəmdə Tehranla Vaşinqtonun münasibətlərində gərginlik artıb. ABŞ prezidenti Donald Trump mayda elan edib ki, İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxır, Tehrana sanksiyalar bərpa olunur.

Alavinin deməsinə görə, rəsmi mövqelərdə çalışan ikili vətəndaşlığı olanlar müəyyənləşdirilməli, təmizlənməlidir.

“Kimisə tanıyırsınızsa, bizə xəbər verin”, – nazir deyib.

Alavi onu da vurğulayıb ki, metro stansiyalarına, universitetlərə qarşı bir neçə planın üstü açılıb. Di gəl, belə insidentlər barədə indiyədək ictimaiyyətə informasiya verilməyib.

Nazirin sözlərinə görə, bu ay İranın təhlükəsizlik qüvvələri ölkənin cənubunda İslam Dövləti (İŞİD) ekstremist qrupunun üzvünü həbs edib, şimalda isə “terror şəbəkəsi”ni dağıdıblar.

Ötən ilin iyununda Tehranda parlament binasına və ayətulla Ruhollah Khomeini-nin mavzoleyinə hücum olub, 18 nəfər öldürülüb. Bu hücumlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

XS
SM
MD
LG