Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 11:05

İraqda intiharçı hücumunda azı 11 nəfər öldürülüb


İraq, arxiv fotosu

İraqın qərbində təhlükəsizlik məntəqəsinə intiharçı hücum edib, azı 11 nəfər öldürülüb, 16 nəfər yaralanıb.

Hadisə Anbar vilayətinin Qaim şəhərində baş verib. Hücum zamanı məntəqədə hərbçilər və hökumətin dəstəklədiyi şiə yaraqlılar olub.

Ölənlər və yaralılar da təhlükəsizlik əməkdaşları və dinc sakinlərdir.

Yaralılardan bəzilərinin ağır durumda olduğu xəbər verilir.

Hələlik, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Qaim Bağdaddan 340 kilometr qərbdə, Suriyayla sərhədin 20 kilometrliyində yerləşir. Ötən ilin noyabrında İslam Dövləti ekstremist qruplaşmasından geri alınıb.

XS
SM
MD
LG