Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:25

Rasim Əliyevin anası: 'Mən onlara verilən cəza ilə razı deyiləm'


Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Rasim Əliyevin döyülməsi videosu yayıldı

Jurnalist Rasim Əliyevin döyülüb öldürülməsiylə bağlı hökmü Ali Məhkəmə də dəyişmədi. Avqustun 29-da jurnalistin ölümündə suçlanan şəxslərdən Samir Mustafayevin kassasiya şikayətinə baxılıb və «yox» deyilib.

Məhkəmədə S.Mustafayevin vəkili Bəxtiyar Hacıyev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. Müdafiəçinin sözlərinə görə, təhlükəsizlik kameralarının görüntülərindən də görünür ki, S.Rasimin döyülməsində iştirak etməyib, əksinə, əl verib onu yerdən qaldırıb: «Zərərçəkmişin nümayəndəsi də məhkəmədə həkimlərin məsuliyyəti ilə bağlı vəsatət qaldırmışdı. Bildirilmişdi ki, Rasim Əliyev həkimlərin səhlənkarlığı üzündən dünyasını dəyişib. Təəssüf ki, məhkəmələr bunu nəzərə alıb araşdırmadı».

Vəkil müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib.

Mərhum R.Əliyevin anası Teyfurə Əliyeva isə etiraz edib. Deyib ki, Samir də oğlunun ölümünə səbəb olmuş cinayətkar qrupun üzvüdür: «Bu, təsadüfi hadisə deyil. Rasimin futbolçu Cavid haqqında yazdığı fikirlərə görə bilərəkdən bunu təşkil ediblər. Mən heç onların aldığı cəza ilə də razı deyiləm».

Tahir Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra kassasiya şikayətinin təmin olunmadığını elan edib.

S.Mustafayevin yaxınları AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsinə şikayət edəcəklər.

Xatırlatma

Jurnalist R.Əliyevi futbolçu Cavid Hüseynovla Facebook şəbəkəsində yaşadığı insident zəminində, 2015-ci ilin avqustun 8-də bir qrup şəxs döymüşdü. Bir gün sonra isə o, Kliniki Tibbi Mərkəzdə vəfat etmişdi.

Bu hadisə ilə əlaqədar Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu C.Hüseynov tutulub. İstintaqın sonunda C.Hüseynov haqqında cinayət işi ayrılıb.

Cinayəti bilib xəbər verməməkdə suçlanan C.Hüseynov 2016-cı il mayın 31-də Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 2016-cı il oktyabrın 12-də onun cəzasını 1 il 2 aya endirib və o, azadlığa buraxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Mədətov və S.Mustafayevin hər biri 9 il, C.Məmmədov 11 il , A.Əliyev 12 il 6 ay, E.İsmayılov isə 13 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Jurnalistin valideynləri və onların müdafiəçiləri verilmiş hökm və qərarlarla razılaşmırlar. Onlar hesab edir ki, jurnalistin ölümünə görə vəfat etdiyi xəstəxananın həkimləri də məsuliyyətə cəlb edilməli idi. Üstəlik, onlar düşünürlər ki, futbolçu C.Hüseynovun bu məsələdə məsuliyyəti yalnız cinayəti bilib gizlətməkdən ibarət deyildi.

Multimedia

XS
SM
MD
LG