Keçid linkləri

Təcili xəbərlər
2023, 05 İyun, Bazar ertəsi, Bakı vaxtı 13:44

Putin: Qadınlar üçün pensiya yaşı 60 olacaq


İvanovoda prezidentin çıxışını izləyirlər

Rusiyada qadınlar üçün təqaüdə çıxmaq yaşı 63 deyil, 60 olmalıdır. Bunu ölkə başçısı Vladimir Putin bu gün – avqustun 29-da telekanallarla yayımlanan çıxışında deyib.

Kişilər və qadınlar üçün təqaüd yaşının artırılması yeni qanun layihəsində nəzərdə tutulub.

Hazırda qadınlar üçün pensiya yaşı 55, kişilər üçün 60-dır.

Qanun layihəsi qadınlar üçün pensiya yaşını səkkiz, kişilər üçünsə beş il artırmağı nəzərdə tutur. Əlbəttə, bu alınmayacaq. Bu yanlışdır”, – Putin deyib.

Pensiya islahatına etirazlar
Pensiya islahatına etirazlar

ÇOXUŞAQLI ANALARA GÜZƏŞT

O əlavə edib ki, üç uşağı olan analar 57 yaşında pensiya ala biləcəklər. Dörd uşağı olanlar 56, azı beşuşaqlı analar isə 50 yaşında pensiyaya çıxa biləcəklər.

Rusiya prezidenti islahatı ölkənin ciddi demoqrafik problemləri ilə izah edib.

Dövlət başçısı çıxışında qeyd edib ki, 2000-ci illərdə pensiya sistemində dəyişikliklərə qarşı çıxıb və onda bu mövqe əsaslandırılmış olub. O, həmin dövrün Rusiyasını “iqtisadiyyatı dirçəlməyən”, yüksək işsizlik səviyyəsi və inflyasiyanın olduğu ölkə adlandırıb.

Putinin çıxış edəcəyi bu günlərdə bəlli olub. O bəyan edib ki, pensiya yaşının artırılmasına “ölçülü-biçili, qeyri-rəsmi yanaşma” lazımdır.

Ötən həftə Kreml təmsilçisi Putinin yaxın gələcəkdə pensiya islahatını yumşaldacağını istisna etməmişdi. Media yazırdı ki, prezident qadınlar üçün pensiya yaşının 63 deyil, 60-a qaldırılacağını elan edəcək. Bu halda qanun layihəsi daha ədalətli görünür, həm kişilər, həm də qadınlar üçün təqaüd yaşı beş il artırılır.

İyulun ortasında Dövlət Duması təqaüd yaşının kişilər üçün 65, qadınlar üçün 63-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bu islahat ölkədə etirazlara səbəb olub, Vladimir Putinin reytinqində düşüş qeydə alınıb.

XS
SM
MD
LG