Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Kocharian: ‘Ciddi konsolidasiya mərkəzi ola bilərəm’


Robert Kocharian НТВ-yə müsahibə verir
Robert Kocharian НТВ-yə müsahibə verir

Ermənistanın ikinci prezidenti Robert Kocharian Rusiyanın НТВ televiziyasına müsahibəsində ölkə hakimiyyətini ona qarşı siyasi qisasçılıqda suçlayıb.

Kocharian deyib ki, bu gün hakimiyyətə gələnlər 10 il öncə, 2008-ci il martın 1-2-də kütləvi iğtişaşlar təşkil ediblər və 10 nəfər həlak olub.

“Buna görə də siyasi qisasdan danışıram. Yəni, 10 il sonra hakimiyyətə gələnlər o zaman seçkini uduzanlardır. İndi onların fikri-zikri düşmən hesab etdikləri adamlarla necə hesablaşmaqdır”, – Kocharian söyləyib.

“Ermənistanda baş vermiş inqilabın səbəblərini təhlil edibmi” sualını keçmiş prezident belə cavablandırıb:

“Təhlil etmişəm. Hesab edirəm ki, Serzh Sarkisian konstitusiya islahatları aparmamalıydı. O zaman islahatı açıq tənqid etmişdim. Və əlbəttə, o, hakimiyyəti əlində saxlamağa çalışmamalıydı, baş nazir kürsüsünə əyləşməməliydi”.

Yerevanda 2008-ci ilin hadisələrinin anım mərasimi, 2013-cü il
Yerevanda 2008-ci ilin hadisələrinin anım mərasimi, 2013-cü il

“MƏSƏLƏNİ AÇIQ SAXLAMIŞAM”

Eks-prezident siyasətə qayıtmaqla bağlı bəyanatına da toxunub. Siyasətə necə qayıdacaq, partiyasıyla, yoxsa koalisiya ilə? Jurnalistin bu sualına Kocharian belə cavab verib:

“Məsələni yetərincə açıq saxlamışam. Anlayıram ki, bugünkü problemləri görən adamlar üçün çox ciddi konsolidasiya mərkəzi ola bilərəm”.

2008-ci ilin 1-2 mart hadisələri zamanı seçkinin nəticələrinə etiraz edənlərlə güc qüvvələri arasında qarşıdurma yaranıb, 10 nəfər həlak olub. O zaman seçkini uduzmuş Levon Ter-Petrossian-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Kocharian fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Bu cinayət işi çərçivəsində o zaman prezidentlik postundan gedən Kocharian-a konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb.

İyulun 27-də məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ancaq avqustun 13-də apelyasiya məhkəməsi bu qərarı ləğv edib, Kocharian həbsdən buraxılıb. Məhkəmə prezidentin toxunulmazlıq hüququnu əsas gətirib.

Baş prokurorluq isə apelyasiya məhkəməsinin qərarından kassasiya məhkəməsinə şikayət verib. Keçmiş prezidentin vəkilləri də həmin məhkəməyə şikayət hazırlayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG