Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

İran Suriyadan çıxmayacağını deyir


Suriya əsgərləri

İran Birləşmiş Ştatlar və İsrailin tələblərinə baxmayaraq Suriyada hərbi mövcudiyyətini saxlayacaq. Bunu İranın Dəməşqdəki hərbi attaşesi deyib.

“Suriyada iranlı müşavirlərin qalması Tehranla Dəməşq arasında hərbi əməkdaşlıq sazişinə də salınıb”, – briqada generalı Abolqasem Alinejad avqustun 28-də deyib. Qeyd edək ki, iki ölkənin müdafiə nazirləri həmin sazişi ötən həftəsonu imzalayıblar.

“İran Suriyaya ölkənin müxtəlif yerlərində minalı əraziləri təmizləməyə kömək edəcək... İran Suriyaya müharibədə ziyan görmüş hərbi zavodların bərpasında yardım edəcək”, – Alinejad bildirib.

İranın İslam İnqilab Keşikçiləri Qvardiyası Suriyaya silah və minlərlə döyüşçü göndərib. Onlar prezident Bashar al-Assadı sünni müsəlman üsyançılarla yeddi ildir davam edən vətəndaş müharibəsində dəstəkləyirlər.

İranın müdafiə naziri Amar Hatami ötən həftəsonu Dəməşqdə olub, suriyalı həmkarı ilə hərbi əməkdaşlıq sazişi imzalayıb.

Belə bir məqamda İsrail və Birləşmiş Ştatlar İrandan müşavirlərini və döyüşçülərini Suriyadan çıxarmağı tələb edirlər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton ötən həftəsonu İranı bir daha qüvvələrini Suriyadan çıxarmağa səsləyib.

XS
SM
MD
LG