Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Rusiya Aralıq Dənizi donanmasını gücləndirir


Arxiv fotosu

Rusiya Aralıq Dənizinə bir neçə əlavə hərbi gəmi göndərib. Rusiya mediası bunu ölkənin 2015-ci ildə Suriya müharibəsinə qoşulandan ən böyük donanma güclənməsi adlandırır.

Bu arada Rusiyanın müttəfiqi, Suriya prezidenti Bashar al-Assad üsyançıların əlində olan sonuncu böyük anklava – İdlib vilayətinə hücuma hazırlaşır

BMT-nin humanitar məsələlər üzrə direktoru avqustun 28-də xəbərdarlıq edib ki, irimiqyaslı hücum burada “indiyədək görünməmiş miqyasda humanitar fəlakət yarada bilər”.

Avqustun 28-də BMT-nin Təhlükəsizlik Şurasının iclasında ABŞ, Britaniya və Fransa Suriyaya bir daha xəbərdarlıq ediblər ki, İdlibə hücum zamanı kimyəvi silaha əl atmasın, belə qanunsuz silahlardan istifadə Qərbin cavab tədbirləri ilə sonuclana bilər.

XS
SM
MD
LG