Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 23:29

Prezident 2 rayona yeni başçı təyin etdi


İ.Əliyev

İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə bu gün, avqustun 28-də prezident İlham Əliyev sərəncam verib.

Dövlət başçısı, eyni zamanda, Vaqif Həsənovu Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

Bu rayonlarda bir müddət idi ki, başçı vəzifəsi boş idi. Prezident İ.Əliyev hələ bu il iyunun 1-də Ramiz Yediyarovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı. Dövlət başçısı bundan 5 gün sonra da Raqub Məmmədovu Ağdamın icra başçısı vəzifəsindən çıxarmışdı.

Prezident bu gün, avqustun 28-də 2 aydır boş qalan Gəncə Şəhər İcra Hakimiyyəti başçısı postuna da yeni şəxs təyin edib. Bu, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovdur. Ondan əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinə başçılıq edən Elmar Vəliyevə isə iyulun 3-də silahlı basqın olub. Onun indi xarici ölkələrin birində müalicə aldığı bildirilir.

Multimedia

XS
SM
MD
LG