Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 05:56

Bəxtiyar Vahabzadənin ev-muzeyi açılır


B.Vahabzadə

Avqustun 31-də Şəki şəhərində şair Bəxtiyar Vahabzadənin ev-muzeyinin açılış mərasimi keçiriləcək.

Mədəniyyət Nazirliyi bildirir ki, prezident İlham Əliyevin «Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması və yaşadığı binaya xatirə lövhəsinin vurulması haqqında» Sərəncamına əsasən, onun ev-muzeyi yaradılıb.

Muzeyin ekspozisiyası 70 kvadratmetrdir və 3 otaqdan (inzibati və fond otaqları) ibarətdir. Ekspozisiyada şairin ailəsinin təqdim etdiyi müxtəlif sənədlər, kitab, əlyazma, foto və arxiv sənədləri, şəxsi əşyalar – ümumilikdə 735 eksponat yer alıb.

B.Vahabzadə 1925-ci il avqustun 16-da doğulub. O, 2009-cu il fevralın 13-də vəfat edib.

Şair hələ SSRİ vaxtında yazdığı «Gülüstan» poemasi ilə tanınıb.

Multimedia

XS
SM
MD
LG