Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:07

Belarusda azı 7 jurnalistin ölkədən çıxışına qadağa qoyulub


Tut.by-nin əməkdaşları

Belarus hakimiyyəti 3 müstəqil media orqanı üçün çalışan bir neçə jurnalistin ölkədən çıxışına qadağa qoyub. Onlar BelTA dövlət xəbər agentliyindən informasiyanı qanunsuz əldə etməkdə şübhəli sayılır.

Almaniyanın Deutsche Welle radiosunun Minskdəki müxbiri Paulyuk Bykouski avqustun 27-də deyib ki, İstintaq Komitəsi onun ölkədən çıxışını yasaqlayıb, çünki hazırda BelTA-nın kompüter sistemlərinə haker hücumuyla bağlı təhqiqat gedir.

Bykouski əlavə edib ki, ona işlə bağlı ayrıntıları ictimaiyyətə açıqlamamaq tapşırılıb.

BelaPAN xəbər agentliyinin reportyoru Tatsyana Karavyankova AzadlıqRadiosuna deyib ki, onun və baş redaktoru Iryna Leushyna-nın ölkədən çıxışı qadağan olunub.

Karavyankova Tut.by özəl onlayn xəbər portalı üçün çalışan dörd jurnalistin – Halina Ulasik, Hanna Kaltyhina, Hanna Yermachonak və Dzmitry Bobryk-in də oxşar yasaqla üzləşdiyini söyləyib.

Avqustun 7-də istintaq çərçivəsində dindirilmək üçün 18 nəfər saxlanmışdı. Tut.by və BelaPAN-ın ofislərində axtarış aparılmışdı.

İnsan haqları qruplarının iddiasına görə, hökumət müstəqil medianı susdurmağa çalışır.

Belarusun Xarici İşlər Nazirliyi bu iddianı rədd edib.

XS
SM
MD
LG