Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 15:11

Gürcüstan Azərbaycana yeni səfir təyin edib


Z.Pataradze

Gürcüstanın Azərbaycana yeni səfiri təyin edilib.

«Turan» agentliyinin xəbərinə görə, bununla bağlı Gürcüstan prezidenti fərman verib.

Həmin fərmanla Zurab Pataradze bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbərdə bildirilir ki, Z.Pataradze Gürcüstanın Qazaxıstanda və Türkiyədə səfiri, Yunanıstanda isə baş konsulu vəzifələrində çalışıb.

Gürcüstanın Azərbaycandakı səfiri postunu isə bundan öncə Teymuraz Şaraşenidze tutub. Onun fəaliyyət müddəti başa çatıb.

Multimedia

XS
SM
MD
LG