Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Rusiyanı Suriyada ‘humanitar böhran’ı önləməyə çağırırlar


İdlibdə növbəti partlayışdan sonra

Qərb dövlətləri Rusiyanı Suriyada daha bir potensial “humanitar böhran”ı önləməyə çağırırlar.

Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Donald Trump avqustun 27-də telefon söhbətində Suriyada baş verənlərdən, özəlliklə də Türkiyə ilə sərhəddəki İdlib regionunda humanitar durumdan narahatlıq dilə gətiriblər.

“Liderlər İdlib vilayətində humanitar böhranın önlənməsindən ötrü beynəlxalq tədbir görməyə çağırıblar”, – Ağ evin sözçüsü Sarah Sanders deyib.

“Rusiyanı Suriya hökumətinə təzyiq göstərməyə, durumun qızışmasını əngəlləməyə çağırıblar”, – Merkelin sözçüsü Steffen Seibert deyib.

Trump-la müzakirədən öncə Merkel narahatlığını Rusiya prezidenti Vladimir Putinə çatdırmışdı.

Ötən həftə Birləşmiş Ştatlar, Fransa və Britaniya Suriyanı kimyəvi silahlardan istifadə etməməyə çağırıb. Bu arada hökumət qüvvələri sünni üsyançıların əlində olan İdlib vilayətini ələ keçirməyə çalışır.

Fransa prezidenti Emmanuel Macron isə avqustun 27-də Rusiyanı Suriya rəhbəri Bashar al-Assadı cilovlamağa səsləyib. O, kimyəvi silahlardan istifadə etdiyini dansa da, BMT bir neçə belə halı sənədləşdirib. Rusiya illərdir Assadı BMT-nin kimyəvi insidentlərə görə cəzasından qoruyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG