Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Pashinian pomidor-xiyarın qiymətini öyrənmək üçün bazara gedib


Nikol Pashinian, arxiv fotosu
Nikol Pashinian, arxiv fotosu

Ermənistanın baş naziri Nikol Pashinian bu gün – avqustun 27-d Yerevandakı “GUM” bazarında olub.

O, AzadlıqRadiosu-nun erməni xidmətinə müsahibəsində deyib ki, bu bazarda qiymətlərin bahalanması barədə siqnallar alıb.

QİYMƏTLƏRƏ TƏSİR GÖSTƏRMƏK NİYYƏTİ YOXDUR

“’GUM’ bazarına kənd təsərrüfatı məhsullarının qiymətlərini öyrənmək üçün gəlmişəm. Bazarda qiymətlərin qalxması haqda həyəcanlı siqnallar gəlir, bundan əmin olmaq və səbəbləri anlamaq istədim. Əmin oldum ki, pomidorun, xiyarın, badımcanın və bir sıra digər mövsümi məhsulların qiymətləri qəribə şəkildə yüksəkdir. Qəribəsi həm də odur ki, bu mövsümdə bazarda istixana pomidor-xiyarı da peyda olub ki, bu, Ermənistan üçün bir az qeyri-adidir, indiki mövsümdə çöl məhsulları olmalıdır”, – Pashinian deyib.

Nikol Pashinian Ermənistan iqtisadiyyatını belə təsvir edir
Nikol Pashinian Ermənistan iqtisadiyyatını belə təsvir edir

Baş nazir qeyd edib ki, bazarda qiymətlərin formalaşmsına təsir göstərmək məqsədi yoxdur.

Alverçilərdən biri radionun əməkdaşına deyib:

“Buraya heç kəs gəlmir, hamı supermarketlərdə alış-veriş edir. Bizim məhsul xarab olur, xeyli məhsulu atmalı oluruq, ona görə də həddən artıq ziyana düşməməkdən ötrü qiymətləri qaldırırıq”.

Nikol Pashinian mayın 8-də parlamentdə baş nazir seçilib. Aprelin 23-də 10il ölkəyə prezidentlik etmiş Serzh Sarkisian küçə etirazları nəticəsində baş nazirlikdən getməli olub. Pashinian hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bəzi işlər görülüb, keçmiş yüksəkçinli məmurların qohumları həbs olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG