Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:38

Dövlət büdcəsinin azalacağı gözlənir


İ.Əliyev

Yaxın üç ildə Azərbaycan hökuməti dövlət büdcəsinin həcmini azaltmağı planlaşdırır.

Dövlət başçısının «Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya»nın təsdiqi haqqında sərəncamda bu məsələlər yer alıb. Bu günlərdə imzalanan sənəddə 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 18 milyard 790 milyon manat, xərcləri isə 18 milyard 919 milyon manat proqnozlaşdırılır.

2018-ci ildə bu rəqəmlər uyğun olaraq 22 milyard 149 milyon manat və 23 milyard 100 milyon manat olub.

2020-ci ildə dövlət büdcəsinin gəlirləri 19 milyard 128 milyon manat, 2021-ci ildə isə 18 milyard 471 milyon manat proqnozlaşdırılır.

Həmin illərdə dövlət büdcəsinin xərcləri müvafiq olaraq 19 milyard 257 milyon manat və 18 milyard 600 milyon manat səviyyəsində nəzərdə tutulub.

Büdcə kəsirinin də azaldılması gözlənir. 2018-ci ildə bu göstərici 951 milyon manat, 2019-cu ildə 129 milyon manat, 2020-ci ildə 128 milyon manat, 2021 ildə isə 129 milyon manat proqnozlaşdırılır.

Eyni zamanda vurğulanır ki, iqtisadiyyatda mümkün yavaşıma nəticəsində büdcə gəlirlərinin azalması dövlət resurslarına təzyiq göstərə və nəticədə dövlət büdcəsi kəsiri proqnozlaşdırılandan çox ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG