Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:12

Agentlikdə şöbə müdiri işləmək istəyirsənsə...


DİM

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün, avqustun 27-dən dövlət orqanlarında A və B növünə aid dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə ümumi müsahibə elan edib.

Bu barədə DİM-in yaydığı məlumatda bildirilir.

Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında, onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmə orqanlarında yer alır. 8-i dövlət qulluğu vəzifələrinin A növü (inzibati rəhbər), 23-ü isə B növü vəzifələrinə (inzibati icraçı) aiddir.

«Ən yüksək vəzifələr inzibati vəzifələrin 4‑cü təsnifatına uyğun olan Qida Təhlükəsizliyi Agentliyində şöbə müdirinin müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun sektor müdiri vəzifələridir. Ümumilikdə isə, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyində 12, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2, Gənclər və İdman Nazirliyində 2, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Bakı Apelyasiya Məhkəməsində 12 və Maliyyə Nazirliyində 2 vəzifə olmaqla 31 vakant yer elana çıxarılıb», - məlumatda vurğulanır.

DİM bildirir ki, ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Müsahibədə iştirak etmək istəyənlərin sentyabrın 27-i saat 18:00-dək (30 gün müddətində) vaxtı var.

Xatırlatma

Dövlət qulluğuna qəbul müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə inzibati vəzifələrin təsnifat toplusuna uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Multimedia

XS
SM
MD
LG