Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:09

Britaniyalı qadın Tehran həbsxanasına qayıdıb


Nazanin Zaghari-Ratcliffe Dəmavənd şəhərində qızını bağrına basır

Əslən İrandan olan britaniyalı yardım işçisi Nazanin Zaghari-Ratcliffe Tehran həbsxanasına qayıdıb. O, üçgünlüyə həbsdən buraxılmışdı və hakimiyyət bu müddəti uzatmayıb. Məlumatı həyat yoldaşı verib.

Richard Ratcliffe Britaniyadan verdiyi bəyanatda deyib ki, həyat yoldaşı avqustun 26-da Evin həbsxanasına qayıdıb.

Zaghari-Ratcliffe avqustun 23-də səhər həbsdən buraxılmışdı və Dəmavənd şəhərində ailəsinə qovuşmuşdu.

Thomson Reuters Fondunun layihə meneceri olmuş Zaghari-Ratcliffe hökuməti devirmək ittihamıyla beş illik həbsə məhkum edilib. Ailəsi və fond isə ittihamı rədd edib.

Qadın 2016-cı ilin aprelində qızıyla birlikdə ailəsini görməyə gedərkən Tehran aeroportunda saxlanıb.

Onun həbsxanaya qayıtması xəbəri yayılandan sonra Britaniyanın xarici işlər naziri Jeremy Hunt Twitter-də yazıb ki, Zaghari-Ratcliffe-nin buraxılması yönündə iş davam edəcək.

“Avqustun 24-də xarici işlər naziri Mohammad Javad Zarif-lə danışdım, ancaq bunun yetərli olmadığı görünür. Mübarizə davam edir”, – o yazıb.

XS
SM
MD
LG