Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:33

İranda iqtisadiyyat naziri vəzifədən kənarlaşdırılıb


Masoud Karbasian parlamentdə

İran parlamenti iqtisadi məsələlər və maliyyə nazirinin vəzifədən kənarlaşdırılmasına səs verib. Bu, ölkədə iqtisadi durumun pisləşməsi səbəbindən prezident Hassan Rohani hökumətindən artan narazılığın göstəricisidir.

Avqustun 26-da 137 deputat Masoud Karbasian-ın vəzifədən kənarlaşdırılmasına səs verib, onun “ölkə iqtisadiyyatının durumunu aydınlaşdıra və yaxşılaşdıra bilmədiyi” səbəb göstərilib. 121 deputat isə onun vəzifədə qalmasına səs verib.

Birləşmiş Ştatlar İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra Tehrana sanksiyaları bərpa edib. Bu, İran iqtisadiyyatına mənfi təsir göstərməkdədir, rial sürətlə ucuzlaşıb.

Mühafizəkar deputat Abbas Payizadeh səsvermədən öncə çıxışında deyib ki, “səmərəsizlik və planlaşdırmanın olmamasının sanksiyalarla heç bir əlaqəsi yoxdur”.

Avqustun 8-də Rohani hökumətinin daha bir üzvü – əmək naziri Ali Rabei vəzifədən çıxarılmışdı.

Tehranda və başqa şəhərlərdə yüksək inflyasiya və iqtisadi problemlərə küçə etirazları baş verməkdədir. İyulun sonunda Rohani hökuməti Mərkəzi Banka yeni rəhbər təyin edib.

XS
SM
MD
LG