Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Lahıca təbii qaz verilib


İlham Əliyev
İlham Əliyev

Avqustun 26-da İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsinə başlanılıb. Bölgədə səfərdə olan prezident İlham Əliyev və xanımı, birinci vitse prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bu barədə AZƏRTAC məlumat yayıb. Xəbərinə görə, Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qəsəbəyə qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlərdən danışıb.

O, ölkənin 93 faizinin qazlaşdırıldığını və bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılacağını vurğulayıb.

Bundan başqa məlumatda qeyd olunur ki, Lahıc qəsəbəsi ilə yanaşı ətrafdakı Ərəgit, Gəndov, Namazgah, Qaraqaya kəndləri də ilk dəfə qazlaşdırılıb. Ümumilikdə isə 899 ev mavi yanacaqla təmin edilib.

İlham Əliyev avqustun 25-də Şamaxı və İsmayıllı rayonlarına səfər edib. Dövlət başçısı bu rayonlarda bir sıra obyektlərin, ö cümlədən 22 kilometrlik Dəmirçi-Lahıc yolunun açılışında iştirak edib.

XS
SM
MD
LG