Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Rusiyada məhbusların döyülməsini göstərən yeni videolar yayılıb


İşgəncə kadrları

Avqustun 23-də “Novaya Gazeta” qəzeti Rusiya həbsxanasında məhbusların işgəncəyə məruz qaldığını göstərən videolar yayıb. Söhbət Moskvadan şimal-şərqdə yerləşən 1 saylı cəzaçəkmə müəssisəsindən gedir.

Qəzet iyulda Yaroslavl şəhərində cəzaçəkmə müəssisəsində azı 17 nəzarətçinin bir məhbusu döydüyünü göstərən video yaymışdı. Bu videoda ölkədə ajiotaj yaratdı, 12 nəzarətçi həbs olundu.

Rusiya Federal Penitensiar Xidmətinin rəsmiləri deyir ki, Novaya Gazeta-nın yaydığı videolar daxili təhqiqat zamanı aşkarlanıb və hakimiyyət tərəfindən nəzərdən keçirilir.

Yeni yayılmış videolardan birində bir neçə nəzarətçi məhbusları cərgə arasından keçməyə məcbur edir və onları döyür.

Bu nəzarətçilərdən bəziləri iyulda yayılmış videoda da görünür, bəziləri isə maska taxıb.

Novaya Gazeta-nın yaydığı digər iki video cəmi bir neçə saniyədir, amma onlarda da məhbuslarla pis rəftar edildiyi görünür.

Videoları qəzetə İctimai Hökm adlı insan haqları təşkilatı verib, onların 2016-cı ilin dekabrında çəkildiyini bildirib.

İyulda bənzər video yayılanda rəsmi orqanlar 2017-ci ildə edilmiş bütün şikayətlərin araşdırılacağını bildirmişdi.

XS
SM
MD
LG