Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Oktyabr, Cümə, Bakı vaxtı 10:03

DİM tələbə qəbuluna yekun vurur


DİM

Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə boş qalan plan yerlərinə əlavə yerləşdirmədən sonra 200 və daha yuxarı bal toplayaraq qəbul olunmayan abituriyentlərin sayı açıqlanıb. Söhbət 684 abituriyentdən gedir.

Dövlət İmtahan Mərkəzinin (DİM) tələbə qəbulunun yekunları ilə bağlı açıqladığı statistik məlumatda belə yazılır.

DİM-in məlumatına görə, 200 və daha yuxarı bal toplayaraq müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin ümumi sayı 38 min 201 olub.

1-ci qrup - 200-dən çox bal toplayanlardan 8 nəfər kənarda qalıb

1-ci ixtisas qrupu üzrə 420-dən yuxarı bal toplayanların hamısı ali məktəblərə qəbul olunub. Əlavə yerləşdirmədən sonra bu ixtisas qrupu üzrə 410-419 bal intervalında olan yalnız bir abituriyent ali təhsil müəssisəsinə qəbul oluna bilməyib. 300 və daha yuxarı bal toplayan abituriyentlərdən isə ikisi tələbə adını qazanmayıb.

Ümumilikdə, 200 və daha artıq bal toplayaraq müsabiqədə iştirak hüququ olan 13 min 169 nəfərdən cəmi 8-i ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

2-ci ixtisas qrupu üzrə ilk yerləşdirmədən sonra 490 və daha çox, əlavə yerləşdirmədən sonra isə 420-dən başlayaraq yuxarı bal toplayanların hamısı tələbə adı qazanıb. 400 bal və daha yuxarı toplayanlardan 2, 200, daha yuxarı bal toplayanlardansa 13 nəfər ali məktəbə düşməyib.

Ən çətin qrup - 4-cü qrup

3-cü ixtisas qrupu üzrə 550 və daha yuxarı bal toplayanların hamısının tələbə adını qazandığı bildirilir. Bu qrup üzrə ilk yerləşdirmədən sonra 500 və daha yuxarı bal toplayanlardan 21, ikinci yerləşdirmədən sonra isə 6 nəfər ali məktəblərdən kənar qalıb. 200 və daha yuxarı bal toplayıb, uğur əldə edə bilməyənlərin sayı 410 nəfər olub.

4-cü ixtisas qrupu üzrə isə 610 və daha yuxarı bal toplayanların hamısı ali təhsil müəssisələrinə qəbul olunub. 600-609 bal intervalında olan abituriyentlərdən 5-i ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

4-cü qrupda 200 və daha yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul oluna bilməyən abituriyentlərin sayı 253 nəfər olub.

Multimedia

XS
SM
MD
LG