Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:18

ABŞ kəşfiyyat əməkdaşına beş il cəza kəsilib


Avqustun 23-də ABŞ-da kəşfiyyat əməkdaşı beş il həbsə məhkum edilib. O, Rusiyanın seçkiyə kiberhücumlarına dair gizli hesabatı xəbər vebsaytına ötürdüyünü boynuna alıb. Qərarı Corciya ştatındakı federal məhkəmə çıxarıb.

ABŞ Hava Qüvvələrinin veteranı olan Reality Winner-in gizli informasiyaya çıxışı olub. O, Milli Təhlükəsizlik Agentliyinin sənədini The Intercept saytına sızdırmaqda təqsirli bilinib.

Həmin hesabatda seçki texnologiyası təchiz edən şirkətə Rusiyanın haker hücumunun detalları açıqlanırdı.

Winner 2017-ci iyununda həbs olunub, iki ay öncə təqsirini boynuna alıb.

Bu, hökumət informasiyasını qanunsuz açıqlamağa görə kəsilmiş ən uzunmüddətli cəzadır.

XS
SM
MD
LG