Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:21

N.Sadıkov Belarusda silah zavodunda olub


N.Sadıkov

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Verilən məlumata görə, avqustun 23-də Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko arasında görüş keçirilib.

«Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi-texniki sahələrdə əməkdaşlığın vəziyyətini müzakirə ediblər», - məlumatda yazılıb.

Daha sonra N.Sadıkov Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisəni ziyarət edərək oranın rəhbərliyi ilə görüşüb.

«Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti bu ölkənin hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub. Ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə maraqlanıb», - məlumatda bildirilir.

N.Sadıkov avqustun 21-də Belarusa səfər edib. O, avqustun 22-də Belarus müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Oleq Belokonev ilə görüşmüşdü.

Multimedia

XS
SM
MD
LG