Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Efirdə keçmiş prezidentin adını çəkmək ‘olmaz’


Islam Karimov-un portreti
Islam Karimov-un portreti

Özbəkistan televiziyalarına efirdə mərhum prezident Islam Karimovun adını çəkmək qadağan olunub. Bu haqda AzadlıqRadiosunun özbək xidməti yazır.

Aparıcılardan biri radioya deyib ki, Karimovun adını çəkməmək göstərişi prezidentin müşaviri Khayraddin Sultanovdan gəlib:

“Rəhbərlik bizə tapşırıb ki, Karimovun adı efirdə çəkilsə, başımızdan olacağıq. Dedilər ki, dövlət müşaviri Sultanovun tapşırığıdır”.

“TÖVSİYƏ DEYİL, TƏLƏBDİR”

Başqa bir telekanalın baş redaktoru da belə bir göstəriş gəldiyini təsdiqləyib.

Efirdə Islam Karimovun adını çəkməmək tövsiyə deyil, tələb kimi qoyulub”, – deyən redaktor vurğulayıb ki, “yaşlı ziyalı nəsli Karimovu tez-tez yada salır” və buna görə də telekanal “risk kateqoriyasından olanları” efirə buraxmamaq üçün “addımlar atıb”.

Redaktorun deməsinə görə, telekanal əməkdaşlarına hələ ilin əvvəlindən tapşırılıb ki, Karimovun adı “daha az çəkilsin”, ən çox indiki prezident Shavkat Mirziyaev-dən danışılsın.

Shavkat Mirziyaev
Shavkat Mirziyaev

“Currenttime TV” daha öncə Özbəkistanın yeni dövlət agentliyinin reportajlarında yeni lideri təriflədiyini, Karimovun ancaq soyadını çəkdiyini xəbər vermişdi.

Bir aydan çoxdur redaktorlar əllərində böyüdücü şüşə mətnlərdə Karimovun adını tapıb silirlər. İndi onun adını çəkmək Tahir Yoldaşın (Özbəkistan İslam Hərəkatı ekstremist təşkilatının mərhum lideri) adını çəkməkdən daha təhlükəlidir”, – telekanallardan birinin baş redaktoru hazırkı durumu belə izah edir.

Milli teleradio komitəsinin rəhbərliyi belə bir qadağanı şərh etmir. Ancaq bir jurnalistin deməsinə görə, birinci prezidentin fotolarının və heykəllərinin göstərilməsinə belə qadağa qoyulub.

PORTRETLƏRİ, KİTABLARI YIĞIŞDIRILIR

Daha öncə Özbəkistanda Karimovun portretlərinin və kitablarının yandırıldığı bildirilirdi. Avqustun 20-də suvenir ticarətçilərinə qarşı reydlər keçirilib. Birinci prezidentin təsviri olan maqnit və təqvim satanlar cərimələnib, mallar isə müsadirə olunub.

Bir müddət qabaq Özbəkistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun rəhbərliyinə töhmət verilib. Səbəb iclas alında Karimovun portretinin asılması olub. Alimlərdən biri deyir ki, bundan sonra Karimovun bütün portretlərinin və sitatları olan plakatların məhvinə göstəriş verilib.

Islam Karimov 1989-cu ildə Özbəkistan SSR Kommunist Partiyasının birinci katibi seçilib. O, 1991-ci ildə Özbəkistanın müstəqilliyini elan edib, ilk prezident seçkisini udub. 25 il ərzində seçkilərdə 90%-dən çox səs toplayıb, ancaq Qərbdə bu seçkiləri “qeyri-azad və ədalətsiz” hesab ediblər.

Rəsmi məlumata görə, Karimov 2016-cı il sentyabrın əvvəlində vəfat edib. Həmin ilin dekabrında keçmiş baş nazir Shavkat Mirziyaev prezident seçilib. Hakimiyyətə gələndən dərhal sonra Karimovun iki yerdə heykəlini qoydurub, Səmərqənddə adına xatirə kompleksi tikdirib. Karimovun Səmərqənddəki məzarı ziyarətgaha çevrilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG