Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:13

Moskvada polisə hücum olub


Hadisə yeri

Avqustun 23-də Moskvada polisə atəş açılıb, hücum edənin özü isə öldürülüb

Rusiya İstintaq Komitəsinin məlumatına görə, silahlı Moskvanın Mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında iki polis əməkdaşına atəş açıb. Polis isə silahlını yaralayıb.

Polis hücum edən 30 yaşlı Renat Kunashev-in Rusiyanın Şimali Qafqaz regionunda yerləşən Kabardino-Balkariya vilayətindən olduğunu bildirir. Interfax agentliyinin xəbərinə görə, həmin şəxs polisə öldürücü olmayan silahdan atəş açıb, əlavə məlumat verilməyib.

TASS və Interfax polisə istinadla hücum edənin başından aldığı yaradan öldüyünü yazır.

Həmin şəxsin hücum motivləri bəlli olmasa da, polis deyir ki, onun Şimali Qafqazda fəal olan islamçı yaraqlılarla hər hansı əlaqəsi olmasına inanmırlar. Çeçenistanda iki separatçı müharibədən sonra yaraqlılar regiona yayılıblar. Bəziləri İslam Dövləti ekstremist qruplaşmasına sadiqliyini dilə gətirib.

Bir neçə gün öncə islamçı yaraqlılar Çeçenistanda bir sıra hücumlar gerçəkləşdiriblər. Azı beş yeniyetmə yaraqlı öldürülüb, bir neçə polis əməkdaşı yaralanıb. Hücumlara görə məsuliyyəti İslam Dövləti qruplaşması üzərinə götürüb.

XS
SM
MD
LG