Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 06:37

'Qarabağ' 'Şerif'ə qarşı


Bu gün, avqustun 23-də Azərbaycanın «Qarabağ» və Moldovanın «Şerif» komandaları futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa çıxır.

Oyun Tiraspoldakı «Şerif» İdman Kompleksinin stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında deyib ki, onları çətin sınaq gözləyir:

«Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq. Ötənilki «Şerif»lə builki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq».

«Şerif»in baş məşqçisi Qoran Sabliç də onları asan oyun gözləmədiyini deyib:

«Rəqib çox güclü komandadır. Topa yaxşı nəzarət edirlər, hücum futbolu oynamağı sevirlər. Ötən mövsüm Çempionlar Liqasında parlaq çıxış ediblər. Bu səbəbdən iki hissəlik mübarizənin birinci hissəsi ağır olacaq».

Bu komandaların cavab görüşü avqustun 30-da Bakıda Tofiq Bəhramov adına Stadionunda keçiriləcək.

«Şerif» və «Qarabağ» ötən il isə Çempionlar Liqasının seçmə mərhələsində üz-üzə gəlmişdilər. Onda «Qarabağ» Moldova təmsilçisini mübarizədən kənarlaşdırmışdı.

«Qarabağ» bu il də mübarizəyə Çempionlar Liqasının seçmə mərhələsindən başlamışdı. Amma iki rəqibini mübarizədən kənarlaşdıran «Qarabağ» növbəti mərhələdə BATE (Belarus) səddini keçə bilməmişdi.

Multimedia

XS
SM
MD
LG