Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 12:11

Azərbaycan 'ARMY-2018' sərgisində


'ARMY-2018' sərgisi

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti «ARMY-2018» Beynəlxalq hərbi-texniki sərgisinə qatılıb.

Nazirliyin məlumatına görə, «ARMY-2018» hərbi-texniki sərgisi Rusiyada təşkil olunub. Tədbir çərçivəsində həmçinin, «Milli təhlükəsizlik həftəsi» konfransı da keçirilir.

Müdafiə Nazirliyi tədbirdə nümayəndə heyəti ilə təmsil olunur. Heyətə nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Fuad Məmmədov rəhbərlik edir.

Tədbirlər avqustun 26-dək davam edəcək.

«ARMY-2018» avqustun 21-də başlayıb.

Azərbaycan son illər Rusiyadan böyük həcmdə hərbi texnika və silahlar alıb.

XS
SM
MD
LG