Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 10:31

Sosial media postuna görə cinayət işi açılıb


Daniil Markin

Rusiyalılar sosial mediada yazdıqlarına görə cinayət təqibinə məruz qalırlar. “Human Rights Watch” insan haqları təşkilatı bildirir ki, bu il Rusiya hakimiyyəti 762 “ekstremist cinayəti” qeydə alıb, onların da çoxu sosial media postlarından ibarətdir. Bəzi hallarda hakimiyyət geniş və qarışıq ifadə olunmuş qanunvericilikdən ifadə azadlığını susdurmaqdan ötrü istifadə etdiyini heç gizlətmir də.

Məsələn, götürək Rusiyanın Altay regionunun əsas şəhəri Barnauldan 19 yaşlı tələbə Daniil Markini. O, VKontake (VK) sosial media platformasında xristianlığa rişxənd edən bir neçə post yerləşdirib. Ötən ilin iyulunda antiekstremizm polisi axtarış orderi ilə Markinin mənzilinə gəlib, onun elektron cihazlarını müsadirə edərək özünü də dindirməyə aparıb.

QARA SİYAHIYA SALIBLAR

Müstəntiqlərdən biri Markinin VK səhifəsini açaraq ona həmin memləri göstərib. “Sənə məsləhətim hər şeyi boynuna almaqdır. Səni buraxacağıq və cəzan yüngül olacaq”, – müstəntiq deyib.

Daniil Markinə qarşı cinayət işi
Daniil Markinə qarşı cinayət işi

Markini 1500 şəkli nəzərdən keçirməyə, xristianlıqla bağlı 10 həcvin skrinşotunu götürməyə məcbur ediblər. Markin həmin memləri yerləşdirdiyini boynuna alan sənədə imza atmalı olub.

Rusiyanın çirkli pulyuma və terrorçuluğun maliyyələşdirilməsini önləməklə məşğul olan federal xidməti isə Markini qara siyahıya salıb və onun bank hesablarından istifadəsini qadağan edib.

Təxminən bir ildən sonra, ötən ay iş məhkəməyə göndərilib. Dini qrupa qarşı nifrət qızışdırmaqda suçlanan Markin HRW-nın təmsilçisinə deyib ki, həmin həcvləri o yerləşdirib, amma heç kəsi təhqir etmək fikri olmayıb. Onu beş ilədək həbs cəzası gözləyir. Hökm bu payız çıxarıla bilər.

HRW Altay regionu rəsmilərinin azı 3 nəfəri “onlayn qanun pozuntusu”nda ittiham etdiyini, onlara qarşı da oxşar cinayət işləri açıldığını bildirir.

Ancaq hökumətdə heç də hamı azad sözə təzyiqlərlə razı deyil. Kommunikasiya Nazirliyi bu yaxınlarda qanunvericiliyə təklif olunan dəyişikliyi dəstəkləyib. Dəyişiklikdə kontentin təkrar paylaşımına görə cinayət məsuliyyətinin ləğvi nəzərdə tutulur.

Amma HRW həbslər artdığından İnternetdə azad sözə təhdidin qaldığını bildirir.

XS
SM
MD
LG