Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 20:32

Rayonlarda yağış gözlənir


Yağış

Avqustun 23-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyinin əsəcəyi, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 19-22, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bəzi rayonlarında da yağış yağacağı ehtimal edilir. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG