Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Sentyabr, Cümə, Bakı vaxtı 14:18

Türkiyə böhranı ‘dərhal’ bitirə bilər, əgər…


John Bolton "Reuters"ə müsahibə verərkən

Türkiyə amerikalı pastoru azad edərsə, valyuta böhranı “dərhal” bitə bilər. Bunu ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton “Reuters” informasiya agentliyinə müsahibəsində deyib.

Ankara casusluqda suçladığı Andrew Craig Brunson-u buraxmır. Vaşinqton Türkiyə üçün tarifləri artıran kimi türk lirəsi sürətlə ucuzlaşmağa başlayıb.

İlyarım həbsdə qalandan sonra ev dustağı edilən Brunson-a ittihamlar sübuta yetirilərsə, 35 ilədək həbsə məhkum edilə bilər.

Türkiyəli ittihamçılar Brunson-un ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fethullah Gulen-lə əlaqəli olmaqda suçlayır. Gulen Türkiyədə 2016-cı ilin uğursuz çevriliş cəhdinin təşkilində ittiham edilir.

Andrew Brunson
Andrew Brunson

Brunson ittihamları qəbul etmir.

Baxın, pastor Brunson-u buraxmamaqla Türkiyə hökuməti böyük səhvə yol verdi”, – Bolton İsrailə səfəri zamanı “Reuters”ə müsahibəsində deyib.

“Həmin səhv hər gün təkrarlanır. Amma NATO müttəfiqi, Qərbin bir hissəsi kimi düzgün davranıb pastor Brunson-u şərtsiz buraxsaydılar, böhran da dərhal bitərdi”, – Bolton vurğulayıb.

“BU MƏSƏLƏ GÜNDƏMDƏ DEYİL”

Belə bir durumda Vaşinqton Türkiyənin NATO-ya üzvlüyü məsələsini qaldırıbmı? Bolton deyib ki, hazırda bu məsələ gündəmdə deyil. “Biz diqqəti Brunson-a və Türkiyə hökumətinin qanunsuz saxladığı digər amerikalılara yönəltmişik, bunun həll olunmasını gözləyirik”, – o söyləyib.

Türkiyədə 10-dan artıq ABŞ vətəndaşı da saxlanıb. Onların içində türk əsilli amerikalı NASA alimi, Pensilvaniyadan kimya professoru, ABŞ konsulluğunun üç yerli əməkdaşı da var.

ABŞ prezidenti Donald Trump Brunson-u dərhal azad etməyə çağırıb, əlavə sanksiyalarla hədələyib.

Ötən həftə Trump-ın imzaladığı müdafiə xərcləri qanununda Türkiyəyə F-35 qırıcılarının çatdırılmasının ertələnməsi nəzərdə tutulur. Konqresmenlər təyyarələrin çatdırılmasına blok qoyulmasına çalışırlar.

Belə bir gərgin dönəmdə, avqustun 20-də səhər tezdən ABŞ-ın Ankaradakı səfirliyi qarşısında yerləşən mühafizə köşkünə atəş açılıb.

XS
SM
MD
LG