Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

'12 kiloqram heyvan 150 manata təklif edilir'-Media icmalı


Dollar
Dollar

Qurban bayramının mahiyyəti, bu bayramla bağlı təşkil edilən yarmarkalarda qiymətlər, lirə və rublun dəyər itirməsinin Azərbaycana mümkün təsirləri medianın aparıcı mövzularındandır...

«Lirə, rubl ucuzlaşır, Azərbaycanda dollara tələb artır»

Strateq.az saytında «Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda dollara tələbi yüksəldir» –İqtisadçıdan yeni proqnozlar» sərlövhəli yazı oxumaq olar.

Sayt Türkiyə milli valyutası lirənin və Rusiya rublunun bir müddətdir ki, dollara nisbətdə dəyər itirməsi fonunda Azərbaycan maliyyə məkanında durumu iqtisadçı-ekspert Vüqar Bayramovla təhlil edib.

V.Bayramov bildirir ki, region ölkələrində valyutaların məzənnəsinin düşməsindən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur: «Ankara «1 dollar 6 Türkiyə lirəsi» məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ evdə, həm də Ağ sarayda fərqli əhval-ruhiyyə var».

V.Bayramova görə, Rusiya rublu da yaxşı durumda deyil: «Amma Kreml «rubla yenidən daha pis günləri yaşatmamaq» üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən qara buludların çəkildiyini söyləmək tezdir».

İqtisadçı hesab edir ki, lirənin ucuzlaşması və rublun «büdrəməsi» Azərbaycanda da dollara tələbi yüksəldib.

Ekspert hesab edir ki, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər.

Onun fikrincə, neftin qiyməti manatın məzənnəsində vacib olsa da, aqrar məhsullarının 90 faizinin ixrac olunduğu Rusiyanın valyutasının dəyəri Azərbaycandan ötrü az əhəmiyyətli deyil.

Qoyunlar
Qoyunlar

Qoyun bahalaşıb

Musavat.com saytında «Qurbanlıq heyvanların qiyməti neçəyədir?» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, avqustun 22-i və 23-ü Azərbaycanda Qurban bayramıdır. Bu bayramda qurbanlıq heyvan alınıb kəsildiyindən qoyuna tələb artıb.

Yazıda vurğulanır ki, Kənd Təsərrüfatı Nazirliyi paytaxtın bütün qəsəbələrində bir neçə nöqtədə yarmarkalar təşkil edib.

Musavat.com-un müxbiri qurbanlıq heyvanların qiymətini araşdırmaq məqsədilə Nizami rayonunda Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələrinin kəsişməsində yerləşən yarmarkaya baş çəkib: «Nazirliyin təşkil etdiyi yarmarkada artıq canlanma hiss olunmaqdadır. Əhali qurbanlıq heyvanların satıldığı əraziyə baş çəkərək qiymətlərlə maraqlanır, sabah (avqustun 22-də) kəsəcəkləri heyvanları indidən seçməyə, almağa çalışırlar».

Yazıda bildirilir ki, yarmarkada 150 manatdan başlayaraq qurbanlıq qoyunlar təklif edilir.

Müəllifin qeyd etməsinə görə, satıcılar etiraf etdilər ki, ötən illə müqayisədə bu il qurbanlıq heyvanların qiyməti 15-20 manat bahalaşıb. Ətin kiloqramında 1-2 manat bahalaşma var: «Alıcılar isə bir qədər xırda heyvan tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Onların sözlərinə görə, yarmarkada 10-12 kiloqramlıq qurbanlıq qoyun tapmaq müşkülə çevrilib. İri heyvan almağa isə imkanları çatmır. Yarmarkada 12-14 kiloqramlıq qurbanlıq heyvan 150-160 manata təklif edilir. 16-17 kiloqramlıq qurbanlıq qoç isə 180-200 manatdır».

Yazıda bildirilir ki, yarmarkada ət kəsimi yerləri də fəaliyyət göstərir. Orada ətin kiloqramını 12 manat 50 qəpikdən satırlar.

Qurbanlıq dəvələr. Bayram xaricdə necə qeyd olunur?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

«Əziz bayram»

«Azərbaycan» qəzetində dərc edilən «İslam dünyasının əziz bayramı» sərlövhəli yazıda Qurban bayramının mahiyyəti dəyərləndirilir.

Yazı Qurban bayramı ilə bağlı dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə başlayır: «Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir».

Müəllif yazıb ki, qurbanlıq heyvan kəsmək mərasiminin tarixi qədimdir və bu mərasim hər üç səmavi dində, iudaizmdə, xristianlıqda və islamda əksini tapır. Müəllif daha sonra yazıb: «Qurban əti, adətən, üç yerə bölünür: bir hissəni qurban kəsən özünə saxlayır, bir hissəsini qohum-əqrəbaya və dost-tanışa verir, bir hissəsini də ehtiyacı olanlara paylayır».

Müəllifin fikrincə, bu bayramın başqa bir gözəl xüsusiyyəti də var: «Belə ki, burada dini ayrıseçkiliyə yol verilmir. Yəni, başqa dinə mənsub olan imkansız insan varlı müsəlmanın imkanlarından bəhrələnib adi günlərdə əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu onun haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli icra edirlər...».

XS
SM
MD
LG