Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Rusiya MAR-la hərbi əməkdaşlıq sazişi imzalayır


Sergei Shoigu sərgidə, 22 avqust, 2018-ci il

Avqustun 21-də Rusiya Mərkəzi Afrika Respublikası (MAR) ilə hərbi əməkdaşlıq sazişi imzalayıb. Təxminən bir ay öncə bu ölkədə Rusiyadan muzdlularla bağlı araşdırma aparan 3 tanınmış rusiyalı jurnalist öldürülüb.

Rusiyanın müdafiə naziri Sergei Shoigu sazişi MAR-dan olan həmkarı Marie-Noelle Koyara ilə Moskva yaxınlığında keçirilən silah sərgisi çərçivəsində imzalayıb.

Shoigu deyib ki, sənəd “müdafiə sektorunda əlaqələri möhkəmləndirəcək”.

Sazişin Moskvanın bu Afrika ölkəsində iştirakını möhkəmləndirəcəyi gözlənir. MAR hökuməti ölkənin böyük hissəsinə nəzarət edən yaraqlılarla mübarizədə silahlı qüvvələrini gücləndirməyə çalışır.

BMT-nin 2013-cü ildə qoyduğu silah embarqosu müstəsna olaraq Moskvaya görə qaldırılıb.

İyulun sonunda Rusiyanın Vagner qrupunun MAR-dakı fəaliyyətini araşdıran 3 jurnalist öldürülüb. Araşdırmanı Kremlin tənqidçisi Mikhail Khodorkovsky maliyyələşdirirdi.

XS
SM
MD
LG