Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

Rusiyadan yenə haker hücumları ‘cəhdləri var’


İllüstrativ foto
İllüstrativ foto

Microsoft şirkəti ABŞ-da noyabrda keçiriləcək konqres seçkiləri öncəsi siyasi qrupları hədəfləyən, Rusiyadan qaynaqlanan haker cəhdləri aşkarladığını bildirir.

Şirkətin məlumatına görə, Rusiya hökumətinə bağlı haker qrupu Vaşinqtonda mənzillənən, Kremli tənqid edən iki mühafizəkar beyin mərkəzinin vebsaytlarına bənzəyən saxta internet domenləri yaradıb. Bu mərkəzlər Hudson İnstitutu və Beynəlxalq Respublikaçı İnstitutudur.

Şirkət rusiyalı hakerlərin ABŞ Senatına məxsus kimi görünən üç saxta domen də yaradıb.

YENƏ STRONTİUM

Microsoft bu haker qrupunun Strontium olduğunu bildirir. Digərləri bu qrupu Fancy Bear və ya APT28 adlandırır.

ABŞ-da xüsusi prokuror Robert Mueller həmin hakerlərin Rusiyanın GRU kimi tanınan əsas kəşfiyyat agntliyinə məxsus olduğunu açıqlayıb. Qrupun 2016-cı ildə Demokratik Milli Komitəyə və Hillary Clinton-un seçki kampaniyasına haker hücumunda əli olduğu bildirilib.

Rusiyalı hakerlərin yaratdığı saxta vebsaytların məqsədi qurbanları müəyyən linkləri basmağa sövq etməkdir. Bu zaman istifadəçilərin kompüterləri filtrləməyə, gizli nəzarətə, data oğurluğuna məruz qalır.

Brad Smith
Brad Smith

Microsoft-un prezidenti və baş hüquq rəsmisi Brad Smith deyib ki, hakerlər beyin mərkəzlərinin heç birinə girə bilməyib.

Hər iki qurum bu cür hücumlara qarşı ayıq-sayıq olmağa çalışdıqlarını vurğulayıb, çünki onların qlobal miqyasda apardıqları demokratiya işi “avtoritar hökumətləri qəzəbləndirir”.

Beynəlxalq Respublikaçı İnstitutunun idarə heyətinə altı respublikaçı senator, o cümlədən Rusiyanın tənqidçisi Mitt Romney daxildir.

SENATORLAR HƏDƏFDƏ

Təxminən bir ay öncə Microsoft oxşar açıqlama vermişdi. O zaman Missuridən demokrat senator Clair McCaskill demişdi ki, rusiyalı hakerlər onun senatdakı kompüter şəbəkəsinə girməyə çalışıblar, amma buna nail olmayıblar.

Microsoft 2016-cı ilin yayında ABŞ federal məhkəməsində Strontiuma qarşı iddia qaldırıb. Məhkəmə ona saxta domenləri bağlamaq icazəsi verib və şirkət o vaxtdan rusiyalı haketlərin yaratdığı 84 saxta vebsaytı qapadıb.

Microsoft bildirir ki, saxta, ancaq həqiqiyə bənzəyən domenlər yaratmaqla hakerlər onun ticarət markasından və xidmətlərindən sui-istifadə edərək müəyyən kompüter şəbəkələrinə girirlər, həssas emailləri və digər məlumatları oğurlayırlar.

Smith-in avqustun 21-də deməsinə görə, indi Microsoft ABŞ-da onun proqramlarından istifadə edən siyasi namizədlərin, kampaniyaların, siyasi təşkilatların hamısına pulsuz kibertəhlükəsizlik mühafizəsi təklif edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG