Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:10

Sentsov 100 gündür aclıq edir


Ukraynada Rusiya səfirliyi qarşısında Sentsova dəstək aksiyası
Ukraynada Rusiya səfirliyi qarşısında Sentsova dəstək aksiyası

Bu gün – avqustun 21-də ukraynalı kinorejissor Oleg Sentsovun həbsxanada aclıq aksiyasının 100-cü günü tamam olur. “Frans Pres” agentliyi Sentsovun azadlığa buraxılmağa ümidinin qalmadığını yazır.

Kremlin 42 yaşlı tənqidçisi mayda aclıq aksiyasına başladığını bildirib, Rusiyada saxlanmış ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

PEN International təşkilatı bu gün Londondakı Rusiya səfirliyində Sentsovun aclıq aksiyasının 100 günü münasibətilə tədbir keçirəcək. Qurum bildirir ki, səfirliyə “dünyanın hər yerindən dəstək mesajları çatdıracaq”, Rusiya hakimiyyətini bu mesajları həbsxanada Sentsova çatdırmağa səsləyəcək. Yazıçılar Sentsovun məktublarını və hekayələrini də səsləndirəcəklər.

“DAHA BUNA İNANMIR”

Ancaq səhhətinin pisləşməsinə, Qərbin təzyiqinə baxmayaraq, Rusiya hakimiyyətinin onu və həmvətənlərini azad edəcəyi real görünmür.

Sentsovun xalası qızı ötən həftə “Frans Pres”ə deyib ki, kinorejissor “ümidini itirməkdədir” və son məktubunda “sonun yaxın olduğunu” hiss etdiyini yazıb.

Natalya Kaplan
Natalya Kaplan

“Mənə məktubunda yazırdı ki, ona azadlığın yaxınlaşdığını deməməliyik. Daha buna inanmır”, – Natalia Kaplan söyləyib.

“Nəbzi dəqiqədə 40 dəfə vurur. Ürəyində ağrılardan şikayətlənir, zəifləyib, gücünü saxlamaq üçün ayağa çox qalxmamağa çalışır”, – o deyib.

İki uşaq atası olan Sentsova bəzi əlavələr olan damcı verilir.

O, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsinə qarşı çıxıb. Bir il sonra terrorçuluq ittihamıyla 20 il həbsə məhkum edilib. İnsan haqları qrupları ittihamları siyasi motivli sayır.

Kiyev, Avropa İttifaqı, Birləşmiş Ştatlar kinorejissora qarşı məhkəmə prosesini tənqid ediblər.

“YAŞAMAQ İSTƏYİR”

Jurnalist və fəal Zoya Svetova ötən həftə Rusiyanın şimalındakı həbsxanada saxlanan Sentsova baş çəkib, onun aclıq aksiyasını dayandırmaq planı olmadığını bildirib.

Aclıq 100 gündür davam edir
Aclıq 100 gündür davam edir

“O, intihar missiyası aparmır, yaşamaq istəyir, buna ümid edir”, – Svetova agentliyə deyib.

O, Sentsovun 17 kiloqram arıqladığını desə də, həbsxana əməkdaşları cəmi 11 kilo çəki itirdiyini qeyd edirlər.

Böyük Yeddiliyin (G7) səfirləri, eləcə də kino sənayesinin tanınmış fiqurları, rejissor Jean-Luc Godard, Hollivud ulduzu Johnny Depp də Sentsovun buraxılmasına çağırıb.

Fransa prezidenti Emmanuel Macron rusiyalı həmkarı Vladimir Putin-lə görüşündə bu məsələni qaldırıb.

Putin Ukrayna prezidenti Petro Poroshenko ilə bu yay baş tutmuş telefon söhbətində mümkün məhbus mübadiləsini müzakirə etsə də, konkret razılıq əldə olunmayıb.

Kinorejissorun anası onu əfv etmək üçün müraciət edib. Amma Kreml bundan ötrü şəxsin özünün ərizə yazmalı olduğunu bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG