Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:21

Xarkovda polis əməkdaşı öldürülüb


Polis hadisə yerində

Ukraynanın şərqində, Xarkov Şəhər Şurasının binası yaxınlığında atışmada bir polis əməkdaşı daxil olmaqla iki nəfər öldürülüb.

Polisin avqustun 20-də yaydığı bəyanata görə, naməlum şəxs ötən gecə bir qrup polis əməkdaşına atəş açıb, yaralanmış bir polis xəstəxanada dünyasını dəyişib.

Polisin cavab atəşi aşaraq hücum edəni öldürdüyü bildirilir. Həmin şəxs polisdən öncə şəhər şurasının mühafizə xidmətini də yaralayıbmış. Yaralanmış mühafizəçinin durumunun sabit olduğu qeyd edilir.

İnsidentlə bağlı təhqiqat aparılır. Atəş açan şəxsin kimliyi barədə məlumat verilmir.

XS
SM
MD
LG