Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Total İrandan ‘rəsmən gedib’


İran prezidenti Hassan Rohani (sağda) və Total rəhbəri Patrick Pouyanne Chairman Tehranda sənəd imzalama mərasimində, iyul, 2017-ci il
İran prezidenti Hassan Rohani (sağda) və Total rəhbəri Patrick Pouyanne Chairman Tehranda sənəd imzalama mərasimində, iyul, 2017-ci il

Fransanın Total neft-qaz şirkəti İranı “rəsmi tərk edib”. Səbəb Birləşmiş Ştatların bu ölkəylə iş görən şirkətləri sanksiya ilə hədələməsidir.

İranın neft naziri Bijan Namdar Zangeneh avqustun 20-də dövlət televiziyasına deyib ki, Total “Cənubi Pars Qaz layihəsi üzrə kontraktı rəsmi tərk edib”.

Zangeneh-in deməsinə görə, Totalın başqa şirkətlə əvəzlənməsi “prosesi” gedir.

Daha öncə yayılmış məlumatlara görə, Çinin dövlətə məxsus Çin Milli Neft Korporasiyası sözügedən layihədə Totalın payını almağı nəzərdən keçirir.

Tehran altı ölkəylə tarixi nüvə sazişi imzalayandan sonra Total İran qaz yatağının işlənməsinə maraq göstərib.

Nüvə sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

“PROSES LƏNG GEDİR”

ABŞ prezidenti Donald Trump mayda bu sənədin qüsurlu olduğunu deyərək ondan çıxıb, İrana sanksiyaları bərpa edib.

Bahram Qasemi
Bahram Qasemi

Bu arada Tehran Avropa İttifaqını, Rusiya və Çini 2015-ci il nüvə sazişini xilas etmək səylərini sürətləndirməyə çağırır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi avqustun 20-də deyib ki, “avropalılar və sazişi imzalamış digər ölkələr, Çinlə Rusiya onu xilas etməyə çalışırlar... amma proses ləng gedir”, sürətləndirilməlidir.

Amerikanın yeni sanksiyalarının öhdəsindən gəlməkdən ötrü İran əsasən öz qabiliyyətinə bel bağlayır”, – Qasemi dövlət televiziyasında canlı yayımlanan mətbuat konfransında söyləyib.

Britaniya, Fransa və Almaniya İranın sazişdəki öhdəliklərinə əməl etməsi üçün ona iqtisadi təminatlar verməyə çalışırlar.

ABŞ-ın son sanksiyaları İranın qızıl və digər dəyərli metallarla ticarətini, avtomobil sənayesini, ABŞ valyutasını alışını hədəfləyib. Vaşinqton noyabrın 4-dən İranın neft ixracına və bank sektoruna da sanksiyaların bərpa olunacağını bildirir.

İran rialı apreldən bəri xeyli ucuzlaşdığından prezident Hassan Rohani hökuməti getdikcə artan narazılıqla üzləşib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG