Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:58

Erdogan: Lirəyə ‘hücum’ olunur


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, valyuta böhranı ölkə iqtisadiyyatına “hücum”un nəticəsidir.

Erdogan avqustun 20-də Qurban bayramı öncəsi çıxış edib.

Bu arada Ankarayla Vaşinqton arasında gərginlik dərinləşməkdədir. Türkiyə amerikalı keşişi buraxmır və Rusiyadan S-400 raket sistemləri alacağını bildirir.

TÜRKİYƏNİ "DİZ ÜSTƏ ÇÖKDÜRMƏK"

Dörd günlük bayram öncəsi əhaliyə qabaqcadan yazılmış müraciətində Erdogan deyib ki, Türkiyədə valyuta böhranı yaradanların məqsədi ölkəni “və əhalini diz üstə çökdürməkdir”.

Ancaq onun sözlərinə görə, Türkiyənin böhranı üstələməyə gücü və bacarığı var.

Vaşinqton NATO müttəfiqinə sanksiyalar tətbiq edib, bəzi məhsullara tarifləri artırıb və ötən həftə lirə sürətlə ucuzlaşıb.

Andrew Brunson
Andrew Brunson

Keşiş Andrew Craig Brunson ilyarım həbsdə qalandan sonra ev dustağı edilib. O, casusluqda və terrorçuluqla bağlı maddələrlə təqsirli bilinir, ittihamlar sübuta yetirilsə, 35 ilədək həbsə məhkum edilə bilər.

Türkiyədə prokurorlar Brunson-un ABŞ-da yaşayan türkiyəli vaiz Fethullah Gulen-lə bağlılığını olduğunu iddia edir. Erdogan Guleni Türkiyədə 2016-cı il çevriliş cəhdinin təşkilində ittiham edir, Gulen iddiaları rədd edir.

SƏFİRLİYİN MÜHAFİZƏ KÖŞKÜNƏ ATƏŞ AÇILIB

Türkiyədə 10-dan artıq ABŞ vətəndaşı da saxlanıb. Onların içində türk əsilli amerikalı NASA alimi, Pensilvaniyadan kimya professoru, ABŞ konsulluğunun üç yerli əməkdaşı da var.

ABŞ prezidenti Donald Trump Brunson-u dərhal azad etməyə çağırıb, əlavə sanksiyalarla hədələyib.

Təhlükəsizlik köşkünün qarşısı
Təhlükəsizlik köşkünün qarşısı

Ötən həftə Trump-ın imzaladığı müdafiə xərcləri qanununda Türkiyəyə F-35 qırıcılarının çatdırılmasının ertələnməsi nəzərdə tutulur. Konqresmenlər təyyarələrin çatdırılmasına blok qoyulmasına çalışırlar.

Avqustun 20-də səhər tezdən ABŞ-ın Ankaradakı səfirliyi qarşısında yerləşən mühafizə köşkünə atəş açılıb. ABŞ rəsmiləri xəsarət alan olmadığını deyirlər.

Türkiyə xəbər agentliyinin məlumatına görə, səfirliyin darvazaları yanından sürətlə keçən ağ maşından dörd, ya beş dəfə atəş açılıb.

Ankara polisi həmin avtomobilin axtarıldığını bildirib.

Türkiyədəki ABŞ səfirliyi bu həftə Qurban bayramına görə işləmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG