Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

‘Smart həcc’ başladı


Zəvvarlar Ərəfat dağına doğru irəliləyir
Zəvvarlar Ərəfat dağına doğru irəliləyir

Dünəndən – avqustun 19-dan 2 milyondan çox müsəlmanın Səudiyyə Ərəbistanında həcc ziyarəti başlanıb. “Frans Pres” agentliyi yazır ki, hazırda görünməmiş dəyişikliklər baş verən bu ultra-mühafizəkar krallıq altıgünlük həcc ziyarətindən ötrü nəhəng resursları səfərbər edib.

Məkkəyə gəlmək hər bir müsəlmanın borcudur”, – fransız Soliman Ben Mohri agentliyə deyib.

BU İL APPS-LƏR İŞƏ SALINIB

Bu, başlıca ziyarətdir. İndi məni narahat edən normal həyata necə dönəcəyimdir. Hazırda yuxudayam”, – 53 yaşlı zəvvar sözlərinə əlavə edib.

Maddi imkanı və səhhəti əl verən hər bir müsəlmandan həyatında azı bir dəfə həccə getmək tələb olunur.

Üç il öncə Səudiyyədə zəvvarlar arasında yaranan basabas nəticəsində 2 min 300 dindar dünyasını dəyişmişdi. İndi ölkədə on minlərlə təhlükəsizlik əməkdaşı ziyarətin mühafizəsinə cəlb olunub.

Bu il Səudiyyə hökuməti “smart həcc” təşəbbüsünə start verib. Müxtəlif apps-lər zəvvarların səyahət planlarına, tibbi xidmət almasına kömək edir.

Daxili İşlər Nazirliyinin şənbə günü bildirməsinə görə, Məkkəyə artıq iki milyondan çox zəvvar gedib. Onlar Misir, Hindistan, Pakistan, Banqladeş və digər ölkələrdəndir.

Zəvvarlar ibadət edir
Zəvvarlar ibadət edir

Ağ libas geyinmiş zəvvarlar artıq bazar günü Məkkədən yaxınlıqdakı Mina dərəsinə yola düşüblər. Səhrada çadırlarda qalan zəvvarlar Məkkədən Minaya səkkiz kilometrlik yolu minlərlə avtobus və maşın daşıyıb.

Daha öncə zəvvarlar Kəbəni ziyarət ediblər. Hazırda Səudiyyədə temperatur 40 dərəcədən yuxarıdır.

Bəzi zəvvarlar həmin yolu qızmar günəş altında piyada gediblər, bəziləri ağ və mavi çətir götürüb.

BU GÜN ƏRƏFAT DAĞINA ÇIXACAQLAR

Həcc ziyarəti Qurban bayramı günündə qurbanlıq kəsilməsiylə başa çatır.

“Burda olmağımdan çox xoşbəxtəm”, – 36 yaşlı Nazia Nour agentliyə deyib. O, ziyarətə əlil arabasında olan atasıyla birlikdə gəlib.

Bu gün – avqustun 20-də zəvvarlar Ərəfat dağına çıxacaqlar.

Məhəmməd peyğəmbərin müsəlmanlara vida xütbəsini bu dağdan etdiyi bildirilir.

Rusiya prezidenti Vladimir Putin (solda) Mohammed bin Salman ilə görüşür, 14 iyun, 2018-ci il
Rusiya prezidenti Vladimir Putin (solda) Mohammed bin Salman ilə görüşür, 14 iyun, 2018-ci il

Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman krallıqda böyük islahatlar gerçəkləşdirir, ancaq din yenə də ölkədə aparıcı qüvvə olaraq qalır.

Ölkədə qadınların maşın sürməsinə qadağa artıq qaldırılıb, qadınların işə götürülməsi göstəriciləri yüksəlib.

Di gəl, narazılara təzyiqlər də artır. Son həftələr onlarla qadın hüquq müdafiəçisi saxlanıb, sonradan bəziləri buraxılıb.

Bir ildən çoxdur Körfəzdə siyasi böhran yaşanmaqdadır. Səudiyyə Ərəbistanı Qətərlə qarşı-qarşıya gəlib.

Dünyann ən bötük neft ixracatçısı olan Səudiyyə ərəbistanı müttəfiqləri ilə birlikdə Qətəri həm sünni islam ekstremistlərə, həm də şiə İranını dəstəkləməkdə suçlayır. Onlar Qətərlə bütün əlaqələri kəsib, Dohaya uçuşları ləğv edib.

Qətəs isə ittihamları rədd edir.

Doha diplomatik mübahisə üzündən vətəndaşlarının ziyarətə gedə bilmədiyini açıqlayıb.

Səudiyyə rəsmilər isə qətərli zəvvarların ziyarətə buraxıldığını bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG