Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:20

İranın ‘təcavüz’ündən danışacaqlar


John Bolton
John Bolton

Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşündə əsasən İranın silah proqramları müzakirə olunacaq.

Bolton avqustun 19-da Netanyahu ilə ilkin nahardan öncə deyib ki, “İranın nüvə silahları proqramı, ballistik raket proqramları” qlobal problemlər siyahısının başında durur.

“İRANIN TƏCAVÜZÜNÜ ÖNLƏMƏK”

Netanyahu cavabında söyləyib ki, “İranın regiondakı təcavüzünü necə önləməyin, onların heç vaxt nüvə silahı olmamasından əmin olmağın” müzakirəsini səbirsizliklə gözləyir.

Bolton ABŞ prezidenti Donald Trump administrasiyasında İranın nüvə proqramıyla bağlı sərt xətt tərəfdarı tutanlardandır.

Trump Tehrana təzyiqi artırır, onun silah proqramları üzrə “davranışında dəyişikliy”ə çağırır,Yaxın Şərqdə silahlı qruplaşmalara iddia olunan dəstəyini dayandırmasını istəyir. İran ittihamları rədd edir.

Vladimir Putin və Benjamin Netanyahu, arxiv fotosu
Vladimir Putin və Benjamin Netanyahu, arxiv fotosu

Trump mayda İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb və sazişin yüngülləşdirmiş olduğu sanksiyaları bərpa edib.

İsrailə səfərindən öncə ABC TV-yə müsahibə verən Bolton deyib ki, Netanyahu ilə İranın Suriyadakı iştirakını müzakirə etməyi planlaşdırır.

Birləşmiş Ştatlar və İsrail Tehranın Suriya prezidenti Bashar al-Assadı dəstəkləməsinə qarşı çıxır.

VAHİD MƏQSƏD

Əlbəttə, Birləşmiş Ştatların, İsrailin məqsədi, – Prezident Vladimir Putin Rusiyanın da bunu hədəflədiyini bildirir, – İranı, İran qüvvələrini, İran döyüşçülərini Suriya və İraqdan çıxarmaqdır və açığı, İranın Livanın Hizballah qruplaşmasına dəstəyini dayandırmaqdır”, – Bolton deyib.

Onun sözlərinə görə, Trump-ın nüvə sazişindən çıxması və sanksiyaları bərpa etməsi “İran iqtisadiyyatına real zərbə vurub”, Tehranın Yaxın Şərqdə “hücum əməliyyatları aparmaq” bacarığına təsirini göstərib.

Bolton Ukrayna və Cenevrəyə də gedəcək. Onun avqustun 23-də Cenevrədə rusiyalı həmkarı Nikolai Patrushev-lə görüşəcəyi gözlənir.

Patrushev Putinin Təhlükəsizlik Şurasının katibidir. Onunla görüş iyulda Helsinkidə keçirilmiş Trump-Putin sammitindən bəri ilk yüksək səviyyəli görüşdür.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Patrushev də Avropa İttifaqının sanksiya siyahısına salınıb. Birləşmiş Ştatlar bu ilin aprelindən Patrushev-ə sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG