Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Taliban ‘Qurban bayramı atəşkəsini’ rədd edir


Əfqanıstan təhlükəsizlik qüvvələri
Əfqanıstan təhlükəsizlik qüvvələri

Əfqanıstandan alınan xəbərlərdə deyilir ki, Taliban hökumətin atəşkəs təklifini rədd edib. Bundan əvvəl Taliban qüvvələri avtobus karvanını dayandıraraq 200-dək girov götürmüşdülər.

Talibanın sözçüsü deyib ki, qrupun lideri Molla Haibatullah Akhunzada avqustun 20-də prezidentGhani-nin bir gün əvvəl Qurban bayramı münasibətilə irəli sürdüyü atəşkəs təklifini rədd edib.

Avqustun 20-də başlanmalı olan atəşkəs üç ay müddətində davam etməli idi.

Lakin Talibanın sözçüsü avqustun 20-də telefonla Reuters agentliyinə deyib ki, Akhundzada atəşkəs təklifini ABŞ hərbi missiyasına sərfəli ola biləcəyinə görə rədd edib:

"Bizim rəhbərliyimiz bu fikirdədir ki, bu atəşkəs onların Əfqanıstanda qalmaq müddətini uzada bilər”.

Ghani-nin ofisi bildirib ki, Talibanın atəşkəs təklifini qəbul etməyəcəyi təqdirdə hökumət qoşunlarının hücum əməliyyatı davam edəcək.

***

Əfqanıstan rəsmiləri Talibanın girov götürdüyü 149 nəfərin təhlükəsizlik qüvvələri tərəfindən azad olunduğunu bildirir.

Talibançıların əlində 21 girov qalıb.

Avtobuslar Talibanın nəzarətində olan Xan Abad vilayətində saxlanmışdı. Təhlükəsizlik qüvvələrinin başladığı əməliyyat zamanı azı 7 talibançı öldürülüb, ancaq yaraqlıları 21 girovu hadisə yerindən uzaqlaşdıra bilərlər.

Onların haraya aparıldığı bəlli deyil.

***

Əfqanıstanın şimalındakı Kunduz vilayətinin rəsmilərinin bildirməsinə görə, Taliban 100-dən artıq adamı girov götürüb. Onların içində qadınlar və uşaqlar var. Taliban onların səyahət etdiyi avtobusları ələ keçirərək özlərini də girov götürüb.

Prezident Ashraf Ghani Qurban bayramı zamanı Talibanla atəşkəsə çağırmışdı.

Kunduz vilayət şurasının rəhbəri Mohammad Yusouf Ayubi-nin fikrincə, Taliban əslində, hökumət işçilərini, yaxud təhlükəsizlik əməkdaşlarını axtarırmış.

Girovların yaxınlıqdakı Nipke kəndinə aparıldıqları bildirilir.

Təhlükəsizlik qüvvələrinin ərazidə olduğu və atışma getdiyi qeyd olunur.

Hələlik, Taliban insidenti şərh etməyib, ancaq bu ərazi silahlı qruplaşmanın nəzarətindədir.

Ghani avqustun 19-da Talibanla Qurban bayramı günlərində “şərti” atəşkəsə çağırıb.

Avqustun 20-də başlamalı olan atəşkəs üç ay çəkməliydi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG