Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 12:30

Koreyalılar ailələrinə qovuşur


Görüşə gedən cənubi koreyalılar

Avqustun 20-də 14 avtobusdan ibarət karvan Şimali Koreyaya daxil olub. Onlar Cənubi Koreyadan olan 89 yaşlını 70 ildən bəri ilk dəfə olaraq qohumları ilə görüşə aparır.

Üç günlük görüş Şimali Koreyadakı Kumgang Dağı kurortunda baş tutacaq.

Bu iki qonşu ölkə yarımadada gərginliyi azaltmağa, kontaktları bərpa etməyə çalışırlar.

Həmin ailələr 1950-53 il Koreya müharibəsi nəticəsində parçalanıb. Müharibə atəşkəslə dayansa da, iki ölkə texniki olaraq müharibə şəraitindədir.

İsti havada ən yaxşı kostyumlarını geyinmiş 89 cənubi koreyalını polis və tibbi heyət müşayiət edir.

92 yaşlı Lee Keum-seom deyib ki, oğlunu görməyə gedir. Əri Şimali Koreyaya gedəndə oğlunu da aparıb, qadın qızıyla qalıb. O zaman oğlunun 4 yaşı olub, indi 71 yaşı var.

Şimali Koreya prezidenti Kim Jong Un Cənubi Koreya prezidenti Moon Jae-in ilə apreldə görüşüb. Tərəflər bir sıra sahələrdə əməkdaşlığın gcləndirilməsini müzakirə ediblər.

XS
SM
MD
LG