Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:46

Türkiyə almaniyalı jurnalistə səyahət qadağasını götürüb


Mesale Tolu

İstanbul məhkəməsi almaniyalı jurnalist Mesale Tolu-ya səyahət qadağasını qaldırıb. Məlumatı jurnalistin tərəfdarları avqustun 20-də səhər yayıblar. Tolu Türkiyədə terrorçuluq ittihamlarıyla saxlanmışdı.

Mesale Tolu-ya Azadlıq (Freiheit fuer Mesale Tolu) dəstək qrupunun bildirməsinə görə, onlara deyilib ki, jurnalistin eyni ittihamlarla suçlanan həyat yoldaşı Suat Corlu Türkiyədə qalacaq.

Solçu ETHA xəbər agentliyi üçün jurnalist və tərcüməçi işləyən 33 yaşlı Tolu-nun məhkəməsi planlaşdırıldığı kimi, oktyabrın 16-da keçiriləcək.

Jurnalistə məhkəməyədək səyahət qadağasının tətbiqi barədə apreldə qərar çıxarılmışdı.

Jurnalist ifrat solçu MLKP partiyasına üzvlükdə və ondan ötrü terror təbliğatında ittiham olunur. Özü isə Türkiyə məhkəmə sistemi tərəfindən “qısnama”ya məruz qaldığını bildirir.

Almaniyada türk ailəsində doğulmuş Tolu dekabrda həbsdən buraxılsa da ölkədən çıxışına qadağa qoyulmuşdu.

Türkiyə Birləşmiş Ştatlarla münasibətləri pisləşdiyi bir dönəmdə Avropayla aranı düzəltməkdən ötrü bir sıra addımlar atıb.

Ankara casusluq və terrorçuluqda ittiham etdiyi amerikalı keşiş Andrew Brunson-u buraxmadığından Vaşinqtondan sanksiyalara məruz qalıb.

XS
SM
MD
LG