Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 14:39

Talibançılar Əfqanıstanın Fəryab əyalətinin rayon mərkəzini tutublar


Foto arxib

Taliban yaraqlıları Əfqanıstanın Fəryab əyalətinin rayon mərkəzini ələ keçiriblər.

Bu barədə AzadlıqRadiosu avqustun 18-də yerli rəsmilərə istinadla xəbər verir.

Qeyd edək ki, talibançılar bir neçə gün əvvəl əyalətdəki hərbi bazanı tutmuşdular.

Əyalətin qubernatoru Naqibullah Fayeq-in sözlərinə görə, Əfqanıstan əsgərlərinə kömək gəlmədiyinə görə, yaraqlılar Balxaraq rayonunu ələ keçiriblər. Hələlik itkilər barədə məlumat verilmir.

Qeyd edək ki, bu avqustun 19-da-Əfqanıstanın öz müstəqilliyinin 90-cı ildönümünü qeyd etməsi fonunda baş verir.

Müstəqillik günü münasibətilə paytaxt Kabildə keçirilən mərasimdə prezidenr Ashraf Ghani və digər ölkə rəsmiləri iştirak ediblər.

Taliban lideri Mullah Haibatullah Akhundzada avqustun 18-də bir daha Birləşmiş Ştatları “xarici işğala” son qoyulması ilə bağlı birbaşa danışıqlara çağırıb.

XS
SM
MD
LG