Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:51

Ombudsmanın nümayəndələrinə istintaqdan narazılıq


Ombudsman Elmira Süleymanova

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Bakı İstintaq Təcridxanasına baş çəkiblər.

Ombudsman Aparatının bu gün, avqustun 17-də yayılan məlumatına görə, başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması olub.

Aparat bildirir ki, başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı qidalanma, ərzaq təminatı, tibbi yardım, müraciətlərin qəbulu və rəftar məsələləri araşdırılıb.

Milli Preventiv Qrupun üzvlərinin təcridxanada bir çox təqsirləndirilən şəxsləri fərdi qəbul etdikləri deyilir.

Ombudsman Aparatının məlumatına görə, bəzi saxlanan şəxslər barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Başçəkmə çərçivəsində ombudsmana ünvanlanan ərizələrin qəbul olunduğu, qaldırılan məsələlər üzrə hüquqi məsləhətlər verildiyi bildirilir.

Ombudsman Aparatı vurğulayır ki, başçəkmənin nəticəsi və qəbul olunmuş ərizələrlə əlaqədar aidiyyəti qurumlara müraciət olunacaq.

Xatırlatma

Ombudsman institutu Azərbaycanda 16 ildir ki, fəaliyyət göstərir. Bu qurum yaradılandan ona eyni şəxs rəhbərlik edir.

Ölkədə bu qurumun, eləcə də onun rəhbərinin fəaliyyətinə münasibət birmənalı deyil.

Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu qurum siyasi əsaslarla hüquqları tapdalanan şəxslərin yox, hökumətin müdafiəçisi qismində çıxış edir.

Qurumun işgəncə iddiaları ilə bağlı mövqeyi də, əsasən, hüquq müdafiəçilərinin və qurumlarının narazılığı ilə qarşılanır. Onlar bildirir ki, ombudsman və onun aparatı daha çox işgəncə şikayətlərinin araşdırılması ilə deyil, bir qayda olaraq, təkzib edilməsi ilə seçilir.

Ombudsman Aparatı bu fikirləri qəbul etmir.

Multimedia

XS
SM
MD
LG