Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Çin ordusu ABŞ-da hədəfləri ‘vurmağa hazırlaşır’


Cibutidə Çin hərbi bazasının açılışı, 1 avqust, 2017-ci il
Cibutidə Çin hərbi bazasının açılışı, 1 avqust, 2017-ci il

Çin ordusu son illər bombardmançı təyyarə əməliyyatlarını genişləndirib, Birləşmiş Ştatlar və müttəfiqlərinə “zərbə endirməkdən ötrü təlim keçir”. Bunu Pentaqon dünən – avqustun 16-da açıqladığı hesabatında deyir.

ABŞ-Çin ticarət münasibətlərinin gərginləşdiyi bir məqamda yayılmış hesabatda Çinin qlobal təsirini artırmaq səylərindən söz açılır. Pentaqon Çinin ötən il müdafiəyə 190 milyard dollardan artıq vəsait xərclədiyini hesablayıb.

PEKİN NƏYİ GÖSTƏRMƏK İSTƏYİR

Bu arada Çinlə Birləşmiş Ştatlar ticarət danışıqları keçirməyi planlaşdırırlar. Bu gözlənti ticarət müharibəsinə çevrilmək təhlükəsi yaranmış tarif münaqişəsinin həll olunacağına ümid yaradıb.

Jim Mattis Pekində
Jim Mattis Pekində

Hesabatda deyilir ki, Çin ordusu əməliyyatları genişləndirir, amma Pekinin uçuşlar vasitəsilə “qabiliyyətini gücləndirməkdən başqa nəyi göstərmək istədiyi” aydın deyil.

“Reuters” agentliyi Çinin Vaşinqtondakı səfirliyindən şərh ala bilməyib.

Bu il Çinin bombardmançı təyyarələri Cənubi Çin Dənizindəki adalar və sualtı qayalar üzərinə enib. Pekin bu mübahisəli regionda təlim keçirib.

Yanvarda Pentaqon Pekini Rusiyayla birlikdə yeni milli müdafiə strategiyasına daxil edib.

Son aylar tərəflər arasında hərbi münasibətlərdə gərginlik yaranıb. Mayda Pentaqon transmilli donanma təlimində iştirak üçün Çinə dəvəti geri götürdü.

İyunda ABŞ-ın müdafiə naziri Jim Mattis 2014-cü ildən bəri Çinə səfər edən ilk Pentaqon rəhbəri olub.

Pentaqonun hesabatında deyilir ki, iqtisadi artımda proqnozlaşdırılan yavaşımaya baxmayaraq, 2028-ci ilədək Çinin rəsmi müdafiə büdcəsi 240 milyard dolları keçəcək.

Hesabatda Çinin kosmik proqramının da sürətlə irəlilədiyi vurğulanır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG