Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:17

Lirə yenə zəifləyir


Ankarada valyutadəyişmə məntəqəsi
Ankarada valyutadəyişmə məntəqəsi

Bu gün – avqustun 17-də türk lirəsi dollara qarşı zəifləyib, bir gün öncəki 5,8150 səviyyəsindən 5,86-ya düşüb. Səbəb Birləşmiş Ştatların Türkiyəni əlavə iqtisadi sanksiyalarla hədələməsidir.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin deyib ki, amerikalı keşiş Andrew Brunson buraxılmasa, Birləşmiş Ştatlar Türkiyəyə əlavə sanksiyalar qoymağa hazırdır.

Bu il bu iki NATO üzvü arasında münasibətlərin pisləşdikcə lirə 35 faiz ucuzlaşıb. Əsas narahatlıq isə Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın monetar siyasət üzərindəki təsirilə bağlıdır.

ABŞ prezidenti Donald Trump avqustun 16-da tivitində yazıb ki, Birləşmiş Ştatlar Brunson-un azadlığa buraxılması üçün “heç nə ödəməyəcək”, “amma biz Türkiyədən kəsirik!”

Donald Trump (solda) və Recep Tayyip Erdogan
Donald Trump (solda) və Recep Tayyip Erdogan

Trump Brunson-u “böyük vətənpərvər girov” adlandırıb.

Ankara keşişin məsələsinin məhkəməlik olduğunu bildirir.

Türkiyənin maliyyə naziri, Erdogan-ın kürəkəni Berat Albayrak isə dünən investorları əmin edib ki, Türkiyə valyuta böhranından güclü çıxacaq. O, ölkə banklarının sağlam durumda olduğunu, mübahisədən yaxşı çıxacaqlarını deyib.

TÜRKİYƏNİN ATDIĞI ADDIMLAR

Lirə həftənin əvvəlində 7,24 səviyyəsinə qalxsa da, sonrakı günlər nisbətən möhkəmlənib. Qətər Türkiyəyə 15 milyard dollarlıq yatırım vəd edib, mərkəzi bank bəzi dəstəkləyici addımlar atıb.

“Frans Pres” agentliyi yazır ki, ötən il vəzifəyə gətirilmiş Albayrak-ın yüksək inflyasiyanın vurduğu iqtisadiyyatı bərpa etməsi çox vaxt aparacaq.

Berat Albayrak
Berat Albayrak

Lirənin ucuzlaşması 16 faiz səviyyəsində qərarlaşmış inflyasiyanı daha da artırır.

Albayrak deyib ki, fiskal intizamla bağlı güzəşt olmayacaq. “Biz inflyasiyanı mümkün qədər tez birrəqəmli həddə salmağa çalışırıq”, – nazir vurğulayıb.

Ancaq təhlilçilər faiz dərəcələrini kəskin şəkildə artırmağa çağırırlar. Erdogan buna qarşı çıxır, iqtisadi artımı yavaşıdacağını deyib.

Təhlilçilər diqqəti Türkiyənin Çin və Rusiyayla daha dinamik münasibət yaratmağa çalışmasına diqqət çəkirlər.

Ankara Avropa ilə də münasibətlərin bərpasına maraq göstərir. Erdogan fransalı həmkarı Emmanuel Macron-la dünənki telefon söhbətində ticari münasibətlərin gücləndirməyə razılaşıb.

Albayrak isə almaniyalı həmkarı Olaf Scholz-la “iqtisadi əməkdaşlığın gücləndirilməsi yönündə addımlar atmağa” razılaşıb”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG