Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:36

Ağ ev və Kremlin müşavirləri nədən danışacaq


John Bolton

ABŞ prezidenti Donald Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton gələn həftə Cenevrədə rusiyalı həmkarı Nikolai Patrushev-lə görüşəcək. “Reuters” agentliyi onların silahlara nəzarət sazişlərini və İranın Suriyadakı rolunu müzakirə edəcəyini xəbər verir.

Trump iyulda rusiyalı həmkarı Vladimir Putin-lə helsinsikidə görüşəndən bəri bu, tərəflər arasında ilk yüksək səviyyəli görüşdür.

Trump həmin sammitdən sonra sərt tənqidə məruz qalmışdı. Bir səbəb onun Putinlə iki saatlıq görüşdə hansı məsələləri müzakirə etməsini açıqlamaması idi.

Görüşdən sonra açıqlanan məqamlardan biri o idi ki, Trump-la Putin İsrailin təhlükəsizliyinin təminatı üçün birlikdə işləməyə razılaşdıqlarını bildirdilər. Təl Əviv dəfələrlə İranın və Suriyadakı iranpərəst döyüşçülərin yəhudi dövlətinə təhdid olduğunu demişdi.

“Reuters”in avqustun 16-da yazmasına görə, Putin-Trump görüşünün əsas mövzusu Suriyadakı müharibə, İranın ordakı rolu və ölkədəki humanitar durum olub.

Agentlik bildirir ki, prezidentlər İran ordusunun, İsrailin tələb etdiyi kimi, Suriyadan çıxmalı olmasına razılaşıblar, amma Rusiya bunun çətin olduğunu bildirib.

XS
SM
MD
LG