Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

'Get pulunu ver, oxu' – Media icmalı


Dollar/Rubl
Dollar/Rubl

Ölkədə sahibkarlığın vəziyyəti, bəzi ölkələrdə dollardan imtinanın gündəmə gətirilməsi, təhsilin kəmiyyət və keyfiyyət göstəriciləri medianın aparıcı mövzularındandır...

Dollardan imtina mümkündürmü?

Musavat.com saytında «İqtisadçı-ekspert: dollar hansısa əmrlə dünya valyutası olmayıb» sərlövhəli yazı yer alır.

Müəllif son vaxtlar ABŞ-ın bəzi ölkələrə iqtisadi sanksiyalar tətbiq etməsi və bunun nəticəsində milli valyutaların dəyərdən düşməsi fonunda dollardan imtina məsələsinin gündəmə gəlməsini ekspert Pərviz Heydərovla müzakirə edib.

Yazıda bildirilir ki, Rusiya və Türkiyə milli valyutalarının dəyərdən düşməsi ilə bağlı bir-birləri ilə ticari əlaqələrdə dollardan imtina etmək niyyətlərini açıqlayıblar.

Amma iqtisadçı-ekspert P.Heydərov deyib ki, adları çəkilən ölkələrin qarşılıqlı ticarəti yerli valyuta ilə aparmaq cəhdlərinin real nəticə verəcəyini düşünmür.

Ekspert hesab edir ki, milli valyutalarla ticarət aparmaqdan ötrü konkret mexanizm olmalıdır: «Siyasətçilərin bu fikri sözdə ifadə etməsi hələ onun reallaşması demək deyil. ABŞ dollarından imtina məsələsi Çin və Rusiya tərəfindən uzun müddətdir ara-ara gündəmə gətirilir. Lakin hələ də ortaya konkret bir mexanizm qoyulmayıb».

İqtisadçı vurğulayıb ki, dolların dünyadakı hökmran mövqeyini ABŞ-ın iqtisadi gücü şərtləndirir. O bildirib ki, dünya üzrə Ümumi Daxili Məhsulun 30 faizi ABŞ-da istehsal olunur.

Ekspert diqqəti dünyada neftin qiyməti qalxıb-enən zaman qızılın buna adekvat reaksiyasına yönəldir: «Bu, ona görə baş verir ki, neftin qiyməti qalxanda aparıcı valyutalar ucuzlaşır, investorlar zərərdən qaçmaq üçün sərbəst vəsaitlərini qızıla yatırırlar. İndi sual yaranır ki, Rusiya ilə Türkiyə arasında ticarət milli valyutalarla aparıldı, həmin valyutaların dəyəri nəyə əsasən müəyyənləşəcək? Əlbəttə, dolayı yolla olsa belə, yenə də dollarla müəyyənləşəcək».

Təhsil haqqı sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Təhsildə kəmiyyət-keyfiyyət tərəzisi

Modern.az saytında «Həyəcan təbili çalındı: Azərbaycan təhsilində kəmiyyət artır, keyfiyyət azalır» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu il ölkənin ali təhsil müəssisələrinə qəbulda 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri tələbə adını qazanıb. Hər 9 nəfər iddiaçıdan 8-i tələbə olub, amma bunu mənfi göstərici kimi qiymətləndirənlər də var.

Eksperti Nadir İsrafilov sayta açıqlamasında deyib ki, təhsilin əlçatan olması dövlətin bu sahədəki kursundan irəli gəlir: «Müvafiq balı toplaya bilməyənlərə ikinci şans verilir. Dolayısı yolla da olsa, çoxlarına aydındır ki, ali məktəblərə mövcud qəbul mexanizmi keyfiyyətə deyil, kəmiyyətə hesablanıb. Keyfiyyətsiz kəmiyyət bizə lazım deyil, bu, necə deyərlər aysberqin görünməyən tərəfidir».

N.İsrafilov diqqəti 40 min nəfərə yaxın tələbənin 30 min nəfərə yaxının ödənişli əsaslarla təhsil alacağına yönəldir. Onun fikrincə, bu heç də təhsilin hamıya əlçatan olması yox, «get pulunu ver, oxu» deməkdir

Ekspert dövlət universitetlərində ixtisasların çoxunun ödənişli olmasını da normal saymır. O vurğulayır ki, dünyanın bir çox ölkələrindəki universitetlər ödənişli deyil. Üstəlik, onun bildirməsinə görə, ödənişli olanların əksəriyyətində isə xərc Azərbaycandakından qat-qat azdır. N.İsrafilova görə, ölkədən xaricə «beyin axını»nın əsas səbəbi də elə budur.

N.İsrafilov hesab edir ki, daha bir problem repitetorluğu gücləndirməklə orta məktəb sistemini nüfuzdan salmaqdır.

Başqa ekspertlər də sayta deyiblər ki, üstəlik, Azərbaycanda bir çox inkişaf etmiş ölkələrlə müqayisədə alitəhsilli şəxslərin sayı olduqca azdır.

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Sahibkarlığa dəstək və irad

«Azərbaycan» qəzetində «Sahibkarlara dəstək də var, irad da...» sərlövhəli yazı dərc edilib.

Yazıda bildirilir ki, müstəqillik əldə olunduqdan sonra ölkədə özəl sektor yaranıb, sahibkarlar təbəqəsi formalaşıb.

Müəllif vurğulayıb ki, prezident İlham Əliyev də sahibkarlığın inkişafına böyük önəm verir. Yazıda daha sonra prezidentdən sahibkarlıqla bağlı sitat da gətirilir: «Dövlət sahibkarlığın inkişafına böyük dəstək verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2.2 milyard manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yeri yaradılıb. Bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur».

Yazıda bildirildiyinə görə, dövlət başçısı, eyni zamanda, sahibkarlara işlərində məsuliyyətli olmağı tövsiyə edir: «Belə ki, bəzi sahibkarlar müxtəlif yollarla vergidən yayınır. Bu, istər iri, istərsə də kiçik sahibkarlara aiddir. Prezident həmçinin, vergi və gömrük orqanlarından tələb edir ki, bu sahədə heç kəsə güzəşt olunmamalıdır...».

Müəllifin iddiasına görə, ölkədə sahibkarlığın və qeyri-neft sektorunun inkişafına dəstək öz müsbət nəticələrini verir: «İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8.8, kənd təsərrüfatında 7.6, informasiya və rabitə xidmətlərində 4.9, ticarətdə 2.5 faiz artıma nail olunub. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 4.1 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz çoxdur...».

XS
SM
MD
LG